Heydər Əsədovun adamından prezidentə və dövlətə sabotaj – ŞOK FAKTLAR…

4-11-2015, 14:36 685 dəfə baxılıb

Heydər Əsədovun adamından prezidentə və dövlətə sabotaj – ŞOK FAKTLAR…













Sosial şəbəkələrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarların işinə müdaxilələrin yolverilməzliyi barədə tapşırıqlarını Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər İdris oğlu Süleymanov qulaqardına vuraraq Dövlət Baytarlıq Xidmətinə ölkəyə idxal edilən yüklərə baytarlıq icazəsinin alınması üçün müraciət edən iş adamlarından-məsələn, olkəyə idxal edilən damazlıq toyuq yumurtasının birinə 1 sent, (ildə 100 minlərlə yumurta idxal olunur) bir günlük cücənin birinə 1 sent, habelə xaricdən iş adamları tərəfindən gətirilən bir baş iri buynuzlu heyvana 25 man, qoyun-keçiyə 12 manat rüşvət alması barədə yazılar getmişdir

Yeni-yeni rüşvət faktları barədə redaksiyamıza daxil olan məlumatların ardı-arası kəsilmir. Dövlət Baytarlıq Nəzarəti Xidmətində, əksinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarların işinə müdaxilələrin yolverilməzliyi barədə tapşırıqlarından sonra rüşvət adlı çirkaba bulaşma halları dahda geniş vüsat almışdır. Dövlət Xidmətində “rüşvət alınması Qorxuludur” deyərək, ölkəyə idxal edilən 100 tonlarla ət, yağ, süd və süd məhsulları, quru süd, balıq və digər heyvandarlıq məhsullarının özlərinin təyin etdilkləri “PREYSKURANT QİYMƏTİ” günü gündən artırılır. Adının çəkilməsini istəməyən iş adamının verdiyi məlumata görə onun min cür zəhmət və maliyyə hesabına tədarük etdiyi dəri xammalının Türkiyəyə ixrac etməsi üçün Prezidentin Tapşırığından sonra hər maşına rüşvəti 100 manatdan 150 manata qaldırılıb.”Qiymətin” qaldırılmasına görə bu iş adamı dəri xammalının ixracını hecür artıra bilmir. Bəzi sahibkarlar artıq ruşvət verməklə barışsalar da olkəmizə quşçuluq məhsulları idxal edən iş adamları Cənab İlham Əliyevin sahibkarların işinə müdaxilələrin qarşısının alınması barədə tapşırığından bəhrələnərək etraz səslərini qaldıran kimi Azər İdris oğlu Süleymanov “Qiymətləri” müvəqqəti olaraq əvvəlki kimi saxladı. Dövlət Baytarlıq Nəzarəti Xidmətindən mal-material alınması, tikinti işlərinin aparılması və c. bu kimi işlərin yerinə yetirilməsi məqsədi ilə dövlət büdcəsindən ayrılan vəsaitin satıcı təşkilata, şirkətlərə hər köçürməsindən məbləğin 20 faizi “ATKAT”, xidmət rəhbərliyinə qaytarılır. Və…. Bu qanunsuz xidməti ilə dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə təsdiq edilmək üçün can atır.
Bu çirkin əməllərinə bəzi işçilərin mane olmamaları üçün Xidmətin dövlət qulluqçuları Azər Süleymanov tərəfindən Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbovun şəxsən yaxından havadarlığı ilə işdən çıxarılır, onlara hər cür böhtanlar atılır, Dövlət Qulluqçusunun Etik Qaydalarını pozaraq hətta qadınları belə thqir edir. Bundan ürəyi soyumayan rayon səviyyəli məmur havadarlarının dəstəyi ilə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin strukturunu qısa müddət ərzində iki dəfə 2015-ci ilin 19 oktyabr tarixli 27/M-34 nömrəli təqdimat verərək dəyişdirdi (birinci struktur dəişikliyi 17 iyun 2015-ci il). Səbəb: Azər Süleymanovun Dövlət Xidmətində davam etdirdiyi rüşvətxorluq şəbəkəsinin əleyhinə çıxan, qanunun aliliyindən xəbəri olan dövlət qulluqçularını onun əl-ayağına dolşmaması idi. Mənbə bildirir ki, hətta struktura maliyyə dəstəyi üçün Maliyyə Nazirliyinin aidiyyəti rəhbər işçisinə 2000 manat “ŞİRNİLİK”də verildi (cənab Samir Şərifovun nəzər diqqətinə)!
Azər Süleymanov mövcud qanunları, o cümlədən “Dövlət Qulluğu” haqqında Qanunun müdəalarını pozaraq dövlət qulluğunda olmayan öz yaxın adamı Aydın Hüseynovu Göygöl rayonondan bir başa dövlət qullugunda inzibati vəzifəyə təyin etmişdir ki, buda sadaladığımız digər qanunzluqlarla bərabər, növbəti ciddi qanun pozuntusudur. Azər Süleymanovun qanunsuz əmməlləri bununla bitmir, tükənmir. Bu günə kimi Azər Süleymanovun qanunsuz əməllərindən əziyyət çəkən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri ölkə rəhbərliyinə müraciət etmiş və məsələnin qanun çərçivəsində həll edilməsi və Azər Süleymanova “yerinin göstərilməsi”nə görə səlahiyyətli şəxslərdən ümüdlə köməkliklər gözləyirlər.cumhuriyyet.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR