Nazirin Cəlilabaddakı üz qarası - Əlövsət Qarayev

7-11-2015, 13:38 764 dəfə baxılıb

Nazirin Cəlilabaddakı üz qarası - Əlövsət Qarayev











“Aqrolizinq” ASC-nin Cəlilabad Regional Logistik Gübrə Bazasının müdiri Əlövsət Qarayev qara işlər mərkəzi açıb

Redaksiyamıza verilən xəbərə görə, idarə müdirinin şəbəkəsində mühasib Zəkəriyyə və anbardar Rafiq xüsusi yer alıb. Bu heyətdə idarənin digər əməkdaşları da fəallıq nümayiş etdirirlər.

Xəbərdə deyilir ki, ASC-nin yerli Logistik Mərkəzi gübrə satışında süni qiymət artımına yol verir. Ə.Qarayevin göstərişi ilə gübrə yerli bazara mövcud qiymətlərdən baha çıxarılır.

Ölkə başçısının fermerlərə kənd təsərrüfatına verdiyi dəstəyə baxmayaraq, Cəlilabadda Ə.Qarayevin qaranlıq işləri bu sahəyə böyük zərbə endirir. Fermerlər və kəndçilər də ciddi şəkildə narazılıq edirlər.
Sənədlərdə gübrə məhsullarının kəndlilərə satıldığı rəsmiləşdirilir. Ə.Qarayev isə anbardar və mühasibin saxtakarlığı ilə qara bazarda öz biznesini təşkil etdirir.

Əldə etdiyimiz xəbərə görə, kənd təsərrüfatı naziri Heydər Əsədova onun barəsində saysız-hesabsız şikayətlər ünvanlanır. Nazirin üz qarası olan Ə.Qarayev Logistik Mərkəzi bazara çevirməklə bu sahədə dövlət siyasətinə kölgə salır.
Əlövsət Qarayev hər hektar taxıl zəmisinin biçilməsi üçün əhalidən 40-50 manat da əlavə tələb edir.
Qarşı tərəfi dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR