Səttar Mehbalıyevi Yevlaxda işçisi saya salmadı

6-07-2015, 16:08 1005 dəfə baxılıb

Səttar Mehbalıyevi Yevlaxda işçisi saya salmadı














Yevlax rayon İH başçısı Qoca Səmədovun zorakılıq əməli

Paşa Orucov: “Mən Səttar Mehbalıyevi-zadı tanımıram, o kimdir? Mənim rəhbərim var, o da Qoca Səmədovla bərabər, Elmar Vəliyevdir” deməsi, bu gün ortaya çoxsaylı sualların da çıxmasına səbəb olur

Bir neçə gün bundan öncə Yevlaxda Səttar Mehbalıyevin işçisi ilə yaşanan olaylar, bu gün də bizi şokdan çıxara bilməyib. Məqaləni oxuyan oxuculara bəlkə də təəccüblü gələ bilər ki, necə bəyəm, Səttar Mehbalıyevin işçisi onu saya salmayıb? Bəli, dostlar, hörmətli oxucular! Həqiqətən də, bir neçə gün bundan əvvəl Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı,Yevlax şəhər Komitəsinin rəhbəri Orucov Paşa Kilman oğlunun açıqlamaları və problemin varlığına yanaşması, bir daha onu sübut etməyə əsas verdi ki, həqiqətən də o, Səttar Mehbalıyevi saya salmır.

Problem hardan qaynaqlanıb və səbəb nə olub ki, Səttar Mehbalıyevi işçisi onu saya salmayıb məsələsinə aydınlıq gətirməklə, onu qeyd etmək istəyirik ki, hələ 01 aprel 2015-ci il tarixdə “Regionxəbər”.TV rəhbərliyi ilə, Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı,Yevlax şəhər Komitəsinin rəhbəri Orucov Paşa Kilman oğlu arasında ikiillik icarə müqaviləsi imzalanır. Müqavilənin şərtinə görə “Regionxəbər.TV”-nin Mərkəzi Aran zonası üzrə bölgə müxbirlərinə normal fəaliyyət göstərmək üçün, Paşa Orucov rəhbərlik etdiyi komitəyə məxsus inzibati binadakı boş otaqlardan birini icarəyə verir. Düzdür, “Regionxəbər.TV”-nin əməkdaşları bir neçə ay icarəyə götürülmüş ofisdə normal fəaliyyət göstərsələr də, nədənsə bir neçə gün bundan əvvəl Paşa Orucov onlara zəng edib bildirir ki, “ləngimədən ofisi boşaldın”. Təəccüb doğuran hal o olur ki, ofisin boşaldılması barədə tapşırıq verərkən, ciddi bir problemin varlığı

əsas səbəb gətirilmir. Yalnız o bildirilir ki, “siz insalarla yola getmirsiniz, tez-tez tənqidi açıqlamalarla çıxış edirsiniz və belə bir səbəblər üzündən də ofisi boşaldın” deyir.

Diqqəti cəlb edən hal odur ki, hər hansı ofisi icarəyə verən tərəf icarə müqaviləsini bitərəfli qaydada pozmaq istədikdə, qanunvericiliyin tələbinə görə ilk əvvəl qarşı tərəfə səbəb göstərilməklə xəbərdarlıq etməli və müqavilənin pozulmasi ilə bağlı ortada ciddi əsas da olmalıdır. Amma, ortada qeyd olunanların heç biri olmadığından “Regionxəbər.TV”-nin rəhbəri İbrahim Hümbətov məcbur olur ki, Paşa Orucova zəng etsin və məqsədi də yalnız problemin səbəblərini dəqiqləşdirmək olur.

Sağ olsun Paşa müəllimi! O, ünvanlanan suallara aydınlıq gətirmək əvəzinə yalnız onu bildirir ki, “mənə Qoca Səmədov tapşırıq verib ki, ləngimədən ofisin boşaldılması məsələsini həll et” deyir. Elə ki, İbrahim Hümbətov təkrar sual edir ki, “axı, rəhbərlik etdiyin komitə Qoca Səmədova deyil, Səttar Mehpalıyevə tabedir, istəyirsən ona zəng edim və xahişimi çatdırım” söylədikdə, Paşa Orucov da ləngimədən “mən Səttar Mehbalıyevi-zadı tanımıram, o kimdir? Mənim rəhbərim var, o da Qoca Səmədovla bərabər, Elmar Vəliyevdir” deyir. Çox maraqlı cavab və əcaib yanaşma olur. Belə bir addımın varlığı da, qanunvericiliyin kobud surətdə pozulmasına, “Regionxəbər.TV” əməkdaşlarının işgüzar nüfuzunun tapdaq altına atılmasına, hətta icarə müqaviləsi ilə bağlı problemin məhkəmə qaydasında həll olunma səlahiyyətlərinin də, Paşa Orucov tərəfindən mənimsənilməsinə səbəb olur.

Ümumiyyətlə, belə bir addım və yanaşmalardan sonra “Regionxəbər.TV”-nin rəhbəri məcbur olur ki, şəhər rəhbərliyinə də zəng edib problemin varlığına münasibətini öyrənə bilsin. Diqqəti cəlb edən hal o olur ki, İbrahim Hümbətovun telefon zənginə cavab verən rəhbərlik bir neçə məsələyə münasibət bildirsə də, çox keçmir ki, o, təhqiramiz ifadələr işlədərək

telefonunu söndürür. Qoca Səmədovun atdığı belə bir addımın varlığı, ortaya çoxsaylı sualların da çıxmasına səbəb olur.

İlk növbədə onu qeyd etmək yerinə düşər ki, şəhər rəhbərliyinin belə bir davranışı, əvvəla onun idarəçiliyinin mahiyyətini müəyyən edir. Bir anlığa fikir verək, əgər Qoca Səmədov KİV nümayəndəsinə belə bir cavab verirsə, belə bir münasibət bəsləyirsə, o halda görün sadə vətəndaşlara necə münasibət sərgiləyir? Yəqin ki, o, sadə vətəndaşları heç qəbul da etmir və onlara kölə varlıq deyə yanaşır.

Hörmətli oxucular! Hər kəsi daşıdığı vəzifəsinə görə başa düşsək də, başa düşmədiyimiz bir an var ki, o da Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı,Yevlax şəhər Komitəsinin rəhbəri Orucov Paşa Kilman oğlunun Səttar Mehbalıyevi saya salmaması oldu. Məhz, Paşa müəllimin ““mən Səttar Mehbalıyevi-zadı tanımıram, o kimdir? Mənim rəhbərim var, o da Qoca Səmədovla bərabər, Elmar Vəliyevdir” deməsi onu sübut etməyə əsas vermirmi ki, belə bir açıqlamanı söyləyən vəzifə sahibinin düşüncəsində, hələ də ya quldarlıq, yada ki, feodalizm qurluşuna məxsus idarəçiliyin qalıqları var. Bu belə olmasaydı, o halda Paşa müəllim Səttar Mehbalıyev barəsində bu cür yanaşmasını ortaya qoymazdı.

Ümumiyyətlə, bu gün icarə müqaviləsi ilə bağlı problemin əmələ gəlməsində Paşa müəllimin oynadığı rol, Yevlax şəhər rəhbərliyinin KİV nümayəndəsinə sayğısızlığı, şəhərin mərkəzi ərazilərində bəzən üçrəngli bayrağımızın cırıq vəziyyətdə asılması, sosial problemlərin varlığının tüğyan etməsi və.s, Yevlax haqda düşüncələrimizi fərli macəraya yönəltməkdədir. Elə bu səbəbdən də, ümumi problemlərin varlığını geniş ictimaiyyətin, hətta dünya mediasının gündəminə çıxarmaq üçün, yaxın günlərdə mətbuat konfransı keçirməyə qərar vermişik. Məqsədimiz yalnız Yevlaxda yaşananların işıqlandırılmasıdır.

Araşdırmalarımız davam edəcək.

Abdulla


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR