2015-ci ilin 9 ayı ərzində Azərbaycan Dövlət Aqrar Universitetində görülmüş işlər barədə məlumat

19-11-2015, 19:59 2626 dəfə baxılıb

2015-ci ilin 9 ayı ərzində Azərbaycan Dövlət Aqrar Universitetində görülmüş işlər barədə məlumat

















Tədris işləri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edil¬miş “Ali təhsil müəssisələrinin bakalavriat və ma-gistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tələblərinə müvafiq olaraq tələbələrə kömək göstərmək, onların hüquqlarını və akademik ma¬raqlarını qorumaq məqsədilə akademik məsləhətçilər (tyutor xidməti) üçün ştat vahidləri açılmış, bu sahədə təcrübəsi və səriştəsi olan şəxslər tyutor vəzifəsinə təyin olunmuşlar. 23 tyutor 2015-ci il yanvarın 7-dən martın 6-dək Təhsil Nazirliyi tərə¬findən Gəncə Dövlət Universitetində təşkil olunmuş iki aylıq seminarda iştirak etmiş və müvafiq sertifikat almışlar.
Bakalavriat və magistratura səviyyələrində 2014/2015-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi Universitet rektorunun müva¬fiq əmrilə rəsmiləşdirilmişdir. Əmrdə “Qaynar xətt” in əlaqə telefonu, e-mail ünvanı qeyd edilmiş, imtahanların cavablarını kodlaşdırmaq üçün qrup, apellyasiya komis¬siyası yaradılmış, şəffaflığın, obyektivliyin, növbətçiliyin və digər məsələlərin təmin edilməsi üçün müvafiq struktur bölmələrə tapşırıqlar verilmiş, kütləvi informasiya vasitələri nümayəndələrinə və valideynlərə imtahanlarda iştirak etmək üçün şərait yaradılması təsbit edilmişdir. İmtahanların keçirilməsi məqsədilə mühəndislik fakül¬təsinin tədris korpusunda 150 kompyuter dəsti quraşdırılmaqla 2 auditoriya ayrıl¬mış, imtahan fənləri üzrə mütəxəssis olmayan şəxslərdən ibarət xüsusi nəzarətçilər qrupu təsdiq edilmişdir. “Qaynar xətt”ə Universitetin internet ünvanından bir başa onlayn formada müraciət etmək imkanı yaradılmışdır. Əmr “Aqrar mütəxəssis” qəzetində dərc edilmiş və universitetin elektron səhifəsində yerləşdirilmişdir. Dekabrın 30-da başlamış imtahanlara kənar müdaxilələrin qarşısı tam alınmış, hər gün 1000-dən artıq tələbə növbəliklə imtahan verərək, nəticəni dərhal kompyuterdə görür. 2015-ci il fevralın 1-də imtahan sessiyası müvəffəqiyyətlə başa çatmış, imtahanlarda heç bir neqativ hala yol verilməmişdir.
Universitet üzrə bakalavriat səviyyəsində müvəffəqiyyət göstəricisi 81,1 %, keyfiyyət göstəricisi 27,8 %, magistratura səviyyəsində müvəffəqiyyət göstəricisi 96,1 %, keyfiyyət göstəricisi 83,2 % olmuşdur .
Çoxsaylı tələbələrdən, onların valideynlərindən, ictimaiyyət nümayəndə-lərin¬dən və dövlət qurumlarından Universitetin elektron səhifəsinə, rektorluğa onlarla şifahi və yazılı minnətdarlıq ifadələri daxil olmuşdur.
“Xalq qəzeti”nin 2015-ci il 1 fevral tarixli nömrəsində “Aqrar Universitet nü¬munə göstərir” başlıqlı məqalədə qış imtahan sessiyasının mütəşəkkil təşkili, imta¬hanların kompyuterlərlə qəbulunda şəffaflığın və obyektivliyin tam təmin olunması, neqativ hallara yol verilməməsi və digər müsbət hallar öz əksini tapmışdır.
Qış imtahan sessiyasında imtahanları “əla” qiymətlərlə başa vurmuş tələ-bə¬lərin sayı əvvəlki sessiyanın nəticələri ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəl¬mişdir ki, bu da tələbələrin təhsilə marağının və məsuliyyətinin daha da artmasını göstərir. Rektorluğun təşəbbüsü, ictimai təşkilatların və bir qrup iş adamının dəstəyi ilə əlaçı tələbələrdən 53-ü qış tətilinin səmərəli təşkili üçün bir neçə müəllimin rəhbərliyi altında ADAU-ya məxsus avtobuslarla “2 fevral – Azərbaycan gəncləri günü” münasibəti ilə 3-7 gün müddətinə Qax və Zaqatala rayonlarının istira¬hət mərkəzlərinə ekskursiyaya göndərilmişlər. Tələbələrimiz bu rayonların tarixi yerlərində, muzeylərində olmuş, ekskursiya həm tələbələrdə, həm də onların vali¬deynlərində xoş təəssürat yaratmışdır.
Fevralın 18-də Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun işti¬rakı ilə universitetdə sessiyanın yekunları ilə bağlı yığıncaq keçirilmiş, aqrar sektor¬da sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir neçə iş adamının maliyyə dəstəyi ilə imtahanlardan 100 bal toplamış 125 tələbədən 114-nün hər birinə 100 manat pul mükafatı, 5 tələbənin hər birinə planşet, 6 tələbəyə - Kənd Təsərrüfatı Naziri Heydər Əsədovun 3, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin 3 ədəd nooutbuk hədiyyəsi verilmişdir.
Magistraturanın qiyabi təhsil formasında yanvarın 28-30 tarixlərində ixtisas¬laşdırılmış elmi şuralarda dissertasiya işlərinin müdafiəsi keçirilmişdir.
İstehsalat təcrübəsinin daha səmərəli təşkili məqsədilə “Əczaçılıq” ixtisası üzrə əyani təhsil formasının üçüncü kurs tələbələri ADAU ilə Türkiyənin Ondokuz Mayıs Universiteti ilə bağlanmış müqaviləyə əsasən mart ayında Türkiyədə isteh¬salat təcrübəsində olmuşlar.
Bakalavriat və magistratura səviyyələrində 2014/2015-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi Universitet rektorunun 29 mart 2015-ci il tarixli 186 nömrəli əmrilə rəsmiləşdirilmişdir. Əmrdə “Qaynar xətt” in əlaqə telefonu, e-mail ünvanı qeyd edilmiş, imtahanların cavablarını kod¬laş¬dır¬maq üçün qrup, apellyasiya komissiyası yaradılmış, şəffaflığın, obyektivliyin, növ¬bətçiliyin və digər məsələlərin təmin edilməsi üçün müvafiq struktur bölmələrə tapşırıqlar verilmiş, kütləvi informasiya vasitələri nümayəndələrinə və valideynlərə imtahanlarda iştirak etmək üçün şərait yaradılmış, imtahan fənləri üzrə mütəxəssis olmayan şəxslərdən ibarət xüsusi nəzarətçilər qrupu təsdiq edilmişdir. “Qaynar xətt”ə Universitetin internet ünvanından bir başa onlayn formada müraciət etmək imkanı yaradılmışdır. Əmr “Aqrar mütəxəssis” qəzetində dərc edilmiş və univer¬site¬tin elektron səhifəsində yerləşdirilmişdir.
İmtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 15.04.2015-ci il tarixli 433 nömrəli əmri rektorun 16.04.2015-ci il tarixli 247 nömrəli əmrilə elan olunmuş və icra üçün qəbul edilmişdir.
Hər iki əmr bütün professor-müəllim heyətinin nəzərinə çatdırılmışdır.
Sessiyanın başlanması ərəfəsində fakültə dekanları, kafedra müdirləri, akade¬mik məsləhətçilər (tyutorlar), müvafiq struktur bölmələrin rəhbərlərinin iştirakı ilə rektorluğun geniş iclası keçirilmiş, sessiyanın mütəşəkkil təşkili və keçirilməsi ilə bağlı konkret tapşırıqlar müəyyənləşdirilmişdir.
İmtahan qrafikləri, imtahan və kurs işlərinin (layihələrinin) cədvəlləri vaxtın¬da tərtib olunmuş, təsdiq edilmiş və tələbələrin nəzərinə çatdırılmışdır.
Yazılı imtahanların biletlərinin sualları sessiyadan xeyli əvvəl tərtib edilmiş, kafedra iclaslarında baxılmış, tələbələrə çatdırılmış, test sualları elektron imtahan bazasına yerləşdirilmiş, tələbələrin semestrdə topladıqları balların nəticələri sessi¬yanın başlanğıcınadək elektron sistemə yüklənmişdir.
Yaz sessiyasının imtahanları aprelin 27-də bütün buraxılış kurslarında və üçüncü kursun 6 ixtisasında (kənd təsərrüfatı ixtisasları qrupu) başlamışdır. İm¬ta¬hanlar mühəndislik fakültəsinin tədris korpusunda 2 auditoriyada quraşdırılmış 150 kompyuter vasitəsilə test formasında, həmçinin yazılı formada qəbul edilmişdir. İm¬tahanlara kənar müdaxilələrin qarşısı tam alınmış, hər gün 1000-dən artıq tələbə növbəliklə kompyuterlə imtahan verərək, sonda nəticəni də dərhal kompyuterdə görür.
Mayın 22-də buraxılış kurslarında, üçüncü kursun 3 ixtisasında, mayın 29-da 3-cü kursun digər 3 ixtisasında yaz semestrinin imtahan sessiyası müvəffəqiyyətlə başa çatmışdır. İmtahanlarda heç bir neqativ hala yol verilməmişdir.
Digər ixtisasların 1, 2 və 3-cü kurslarında, “baytarlıq” ixtisasının 4-cü kur¬sun-da sessiya iyunun 1-dən iyulun 4-dək keçirilmişdir.
2015-ci ildə Dövlət Attestasiya Komissiyalarının sədrləri Kənd Təsərrüfatı Na-zirinin əmri ilə təsdiq edilmiş, iyunun 22-dən iyulun 4-dək bakalavriat səviy¬yə-sində dövlət attestasiyası, magistratura səviyyəsində dissertasiyaların müdafiəsi keçirilmişdir.

Tədris, istehsalat, elmi-tədqiqat və elmi pedaqoji təcrübələr haqqında

Fevral ayında 123 magistrant elmi-tədqiqat və elmi pedaqoji təcrübədə olmuş-lar, bakalavriat səviyyəsinin kənd təsərrüfatı ixtisasları qrupuna daxil olan ixtisas¬ların 3 – cü kurs tələbələri mayın 25-dən və iyunun 1-dən Respublikamızın tanınmış müəssisələrinə istehsalat təcrübəsinə göndərilmişlər.
“Əczaçılıq” ixtisasının 17 tələbəsi mart ayında Türkiyənin Samsun şəhərindəki Ondokuz Mayıs universitetində təcrübə keçmiş, “menecment” (alman proqramı) ixtisasının 4 tələbəsi aprelin 24-dən sentyabrın 15-dək Almaniyada təcrübə keçməyə göndərilmişlər.
Mayın 7-də Kənd Təsərrüfatı Nazirliyi “Aqrolizinq” MMC və ADAU-nun işti-rakçılığı ilə baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tədris korpusunda əmək yarmarkası keçirildi.
Mayın 19-da aqrar iqtisadiyyat fakültəsinin tədris korpusunda “Məzun-2015” 7-ci ənənənəvi məzun yarmarkası keçirildi.
İyunun 1-də Grand Motors şirkətinin xətti ilə tələbələrimiz arasında müsabiqə keçirilmiş, 4 tələbə seçilərək istehsalat təcrübəsi keçmək üçün Belçikanın New Holland texnikaları zavoduna göndərilmişdir.
2015/2016-cı tədris ilində 600 –dən yuxarı bal toplamış 2 tələbənin aylıq təqaüdünə 100 manat, 500-dən yuxarı bal toplamış 17 tələbənin aylıq təqaüdünə 50 manat, Kənd Təsərrüfatı Nazirliyinin əmrilə “aqronomluq”, “zootexniklik” və “baytarlıq” ixtisaslarına 250 –dən yuxarı bal toplayaraq qəbul olunmuş tələbələrə ayda 100 manat verilməsi qərara alınmışdır.
Elmi şuranın 11 sentyabr 2015-ci il tarixli qərarı ilə bütün professor-müəllim heyətinin və texniki işçilərin maaşlarına əlavələr edilmişdir.

Elmi-tədqiqat işləri

2015-ci ilin 9 ayında ADAU əməkdaşları tərəfindən
12 ədəd dərslik
10 ədəd dərs vəsaiti
30 ədəd metodik göstəriş və proqramlar
2 ədəd patent
786 ədəd məqalə-bunlardan
744 ədədi respublikada
42 ədədi xaricdə nəşr edilmişdir
3 ədəd məqalə impakt jurnalda nəşr olunmuşdur
Yeni yaradılmış “ADAU-80” və “Gəncə” qarğıdalı sortları digər sortlarla müqayisədə yüksək keyfiyyətli dən məhsuldarlığı ilə fərqlənirlər, cari ildə bir çox qabaqcıl fermer təsər¬rü¬fatlarında toxumluq məqsədi ilə səpin aparılmış və çoxaldılaraq digər fermer təsər¬rüfatlarına verilmişdir.
Hazırda ADAU əməkdaşları tərəfindən “Məhsuldar” qar¬ğı¬dalı, “Qismət” Tritikale və “Qırmızı buğda” yumşaq sortlarının rayonlaşdırılması Res¬pub¬¬lika Sort Sınaq Stansiyasında davam etdirilir.
“Gəncə” qarğıdalı sortu Respublika Sort Sınaq Stansiyası tərəfindən sort kimi təsdiq olunmuşdur.
Bağçılıq kafedrasının əməkdaşları 3 üzüm sortunu rayon¬laş¬dır¬¬maq üçün Respublika Sort Sınaq Stansiyasına təqdim etmişdirlər. 2015- ci ildə də həmin sortların sınağı davam etdirilir. Bunlar “Süf¬rə bayan” ,(müəlliflər: professor Famil Şərifov, a.e.d., professor əvəzi Varis Quli¬yev və baş. müəllim Məhsəti Ələkbərova), ”Tünd yarpaq təbriz” (müəllif: pro¬fes¬¬sor Famil Şərifov), “Kəhraba” (müəlliflər: professor Famil Şərifov və baş. müəllim Sevil Abduləliyeva) üzüm sortlarıdır.
Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olaraq “Fəlsəfə doktoru” və “Elmlər doktoru” elmi dərəcəsi almaq üçün fəaliyyət göstərən müdafiə şuraları aşağıdakılardır.
Aqomühəndislik, bitkiçilik və heyvandarlıq istiqamətləri üzrə
3102.01 – “Aqromühəndislik” - texnika üzrə
3103.08 “Meyvəçilik və üzümçülük” - aqrar elmlər üzrə
3103.06 “Bitkilərin mühafizəsi” - aqrar elmlər üzrə
3110.03 “Xüsusi zootexniya, heyvandarlıq məhsullarının istehsalı texnologiyası “ - aqrar elmlər üzrə
İqtisadiyyat və mühasibat uçotu istiqamətləri üzrə
5304.01 “İqtisadi fəaliyyət növləri” - iqtisad elmləri
5308.01 “Ümumi iqtisadiyyat” - iqtisad elmləri
5312.01 “Sahə iqtisadiyyatı” - iqtisad elmləri
5303.01 – “Mühasibat uçotu” - iqtisad elmləri

2015-ci ildə 1 nəfər elmlər doktorluğu, 7 nəfər isə fəlsəfə doktoru adına layiq görülərək diplom almışdırlar.
Azərbaycan Dövlət Aqrar Universitetində hesabat dövründə 24 fəlsəfə dok¬torluğu dissertasiyalarının müzakirəsinin keçirilməsi üçün Ali Attestasiya Ko¬mis¬siyası tərəfindən müvafiq icazə verilmiş, 2 nəfər elmlər doktorluğu, 7 nəfər fəlsəfə doktorluğu üzrə ilkin müdafiə etmiş, attestasiya sənədləri AAK-a gön¬də¬rilmiş, 3 nəfər ilkin müzakirədən keçərək müdafiənin sonrakı mərhələsinə icazə üçün Azər¬baycan Respublikası Prezidenti yanında Ali Attestasiya Ko¬mis-siyasına müraciət edilmişdir. Bundan başqa, 8 nəfər təhkim olunduqları müva¬fiq kafedralarda müdafiə etdikdən sonra müzakirə sənədləri kənar şuralara göndərilmişdir.
Hesabat dövründə 42 nəfər doktorant və dissertant xarici dildən, 36 nəfər informatikadan və 28 nəfər ixtisas fənnindən doktorluq imtahanı vermişdirlər.
Hal-hazırda universitetdə 245 nəfər doktorant təhsil alır.

Hesabat dövründə aşağıda qeyd olunan konfrans, seminar və müşavirələr keçirilmişdir:

24-25 fevral 2015-ci il tarixində Ölkə Prezidenti İlham Əliyev cənablarının 12 yanvar 2015-ci il tarixli sərəncamına ”2015 –ci il Azərbaycanda kənd təsərrüfatı ili” elan edilməsinə həsr olunmuş bakalaviriat və magistrantların elmi-praktik konfransı keçirilmişdir.
15-16 aprel 2015-ci il tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsinə həsr olunmuş 2014-cü ilin elmi-tədqiqat işlərinin yekunlarına dair elmi-praktik konfrans keçirilmişdir.
22-23 aprel 2015-ci il tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Fondu Azərbaycanı dünyaya tanıdır” mövzusunda bakalavriat və magistrantların xarici dillərdə (ingi¬lis, alman, fransız və rus ) ümumşəhər elmi-praktik konfrans keçirilmişdir.
Konfransda 146 məruzə dinlənilmişdir.
06-07 may 2015-ci il tarixlərində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti və ADAU-nun təşkilatçılığı ilə “Azər¬bay¬canda aqrar sektorun yeni infrastrukturu: aqroparklar, onların yaradıl¬ma¬sının zəruriliyi və innovasiyalı inkişafda rolu” mövzusunda respublika elmi-praktik konfrans keçirilmişdir.

Aqrar Universitetin əməkdaşlarının və tələbələrinin 2015-ci ildə beynəlxalq konfranslarda, simpoziumlarda və təcrübə mübadilələrində iştirakları Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq Təbabəti və zoomü¬hən-dislik fakültəsinin əczaçılıq ixtisasının 14 nəfər 3-cü kurs tələbəsi və Əczaçılıq və BSE-sı kafedrasının assistenti Allahvediyeva Turan Namlet qızı 01-30 mart 2015 –ci il tarixlərində Türkiyənin Ondokuz Mayıs Universitetində təcrübə keçmişdirlər.

2. 07.01-10.01.2015-ci il tarixlərində ADAU-nun tədris işləri üzrə prorektoru Hətəmov Anar Nizami oğlu TEMPUS f/epp proqramı çərçivəsində koordinasiya şurasının iclasında iştirak etmək üçün Almaniyanın Freyburq Universitetində olmuşdur.

3. 07.01-31.01.2015-ci il tarixlərində Dillər kafedrasının müdiri Aidə Həsənova və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Nərmin Şəfiyeva TEMPUS f/epp proqramı çərçivəsində təlimlərdə iştirak etmək üçün Böyük Britaniyanın Qlazqo Universitetində olmuşdurlar

4. 22.02-07.03.2015-ci il tarixlərində Bitkiçilik kafedrasının müdiri Qurban Məmmədov, elm şöbəsinin elmi işçisi Sahil Quliyev, aqronomluq fakültəsinin tələbələri Aygün Məmmədova və Səma Hüseynova Norveçin Bioloji Elmlər Universitetində təcrübə mübadiləsi keçmişdirlər.

5. 25.02-28.02.2015-ci il tarixlərində ADAU-nun tədris işləri üzrə prorektoru Hətəmov Anar Nizami oğlu Fransanın Paris Şəhərində “Qafqaz günləri” adlı keçirilən tədbirdə iştirak etmişdir.

6. 04.04-12.04.2015 tarixlərində dillər kafedrasının müəllimi Tağıyeva Könül Arzu qızı və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Şəfiyeva Nərmin Həsən qızı TEMPUS FLEPP layihəsi çərçivəsində Estoniya Respublikasının Tallin Universitetində təlimdə iştirak etmişdirlər.

7. 28.04 – 30.04.2015 tarixlərində aşağıda adları qeyd olunan tələbələr və bir müəllim “17-ci Beynəlxalq Baytar Tələbələrin Elmi Tədqiqat konqresi”-də iştirak etmək üçün Türkiyə Cümhuriyyətinin İstanbul Universitetində olmuşdurlar:
Əliyeva Elnurə Əfqan qızı – “baytarlıq”, 3-cü kurs tələbəsi
Hacıyeva Səbinə Pərviz qızı – “baytarlıq cərrahiyyəsi”, 1-ci kurs tələbəsi
Kərimli Kamran İlyas oğlu – “baytarlıq”, 5-ci kurs tələbəsi
Şirinli Taciman Rafiq oğlu – “baytarlıq”, 5-ci kurs tələbəsi
Turabov Urfan Turan oğlu – baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekan müavini

8. 13.04 - 04.05.2015 –ci il tarixlərində ADAU-nin tədris işləri üzrə prorektoru dosent Hətəmov Anar Nizami oğlu “Ali təhsil sistemində müasir meyllər İVLP proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarında olmuşdur.

9. 27.04 – 03.04.2015-ci il tarixlərində zootexniklik ixtisasının magistri Sadıqlı Bulud Nurəddin oğlu, heyvandarlıq və balıq məhsulları istehsalının texno-logiyası kafedrasının baş müəllimi Türkiyə Cümhuriy¬yətinin Diclə Universitetində 11-ci Ulusal Zootexniki Öyrənci Konqresində iştirak etmişlər.

10. 06.05 – 11.05.2015 tarixlərində Məmmədzadə Turan Sultan oğlu Bolqarıstan Respublikasının Sofiya şəhərində “Tələbə Gənclər Təşkilatlarının Əməkdaşlıq Sərgisi” adlı layihədə iştirak etmişdir.

11. 14-16 may 2015-ci il tarixlərində Ekologiya mühəndisliyi və meşəçilik kafedrasının dosent əvəzi Qasımova İzabella Teymur qızı və Ekologiya mühən-disliyi ixtisasının II kurs tələbəsi Məmmədova Əsmər Ərəstun qızı Türkiyənin İstanbul şəhərində yerləşən Yıldız Texniki Universitetində Gənc mühəndislərin Simpoziumunda iştirak etmişlər.

12. 17.05–24.05.2015-ci il tarixlərində Qida məhsulları mühəndisliyi və ekspertizası kafedrasının baş müəllimi Əsgərova Aidə Nizami qızı və həmin kafed¬ra¬nın assistenti Əliyeva Gülşən Sabir qızı Türkiyə Cümhuriyyətinin İğdır Univer¬sitetində Mevlana Dəyişim Proqramı çərçivəsində Akademik Heyət Mobilliyində iştirak etmişdirlər.

13. 01.06-05.06.2015-ci il tarixlərində Qida məhsulları və ekspertiza kafedrasınn baş müəllimi Heydərov Elnur Elman oğlu, Qida məhsulları və ekspertiza kafed¬ra¬sı¬nın dosent əvəzi İsmayılov Mehman Telman oğlu, baş müəllim Əsgərova Aidə Ni¬za¬mi qızı və assistent Əliyeva Gülşən Sabir qızı Gürcüstan Respublikasının Tbi¬li¬si şəhərində Gürcüstan Aqrar Universitetində TEMPUS SuToMa Aqroturizm la¬yi¬həsi çərçivəsində Şərab Turizmi modul 4 proqramı üzrə seminarda iştirak etmiş¬dir¬lər.

14. 08.06-12.06.2015-ci il tarixlərində “Ekologiya mühən¬disliyi və meşəçilik” kafedrasının professoru Z.A.İbrahimov Qazaxıstan Respublikasının Astana şəhə¬rində “Deqradasiyaya uğramış meşələrin reabilitasiyası və bərpası” mövzusunda keçirilən beynəlxalq forumda iştirak etmişdir.

15. Çin Xalq Respublikasının Bakıdakı Səfirliyi nəzdindəki İqtisadi Ticarət Müşa¬virliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları Çin Xalq Respublikasında təşkil edilmiş kənd təsərrüfatının müxtəlif problemlərinə həsr olunan silsilə seminarlarda iştirak edirlər. Hər biri 20 günü əhatə edən və cari ilin noyabr ayına kimi davam edəcək seminarların bütün xərcləri (viza xərcləri istisna olmaqla) Çin Höküməti tərəfindən ödənilir. Hər bir seminarda 5 nəfər əməkdaşın iştirakına icazə verilməklə, xarici dil bilikləri olan gənc müəl¬lim və doktorantların iştirakının təmin olunmasına üstünlük verilir. 8-28 iyun 2015-ci il tarixlərində “İnkişaf etmiş ölkələrdə ixrac olunan kənd təsərrüfatı məh¬sul¬larının keyfiyyətinin və təhlükəsizliyinin idarə edilməsi” mövzusunda keçi¬ri¬ləcək seminarda 2 nəfər, 09 iyun-06 iyul 2015-ci il tarixlərində “Asiya və Avropa ölkələrində kənd təsərrüfatının bazis texnologiyaları və qənaətcil irriqasiya” mövzusunda seminarda 5 nəfər, 26 iyun-16 iyul 2015-ci il “2015-ci ildə inkişaf etməkdə olan ölkələrdə bitki toxumlarının istehsalı və idarə edilməsi” mövzusunda seminarda 2 nəfər, 27 iyun-17 iyul 2015-ci il tarixlərində “2015-ci il üçün rusdilli ölkələrdə böyük miqyasda müasir kənd təsərrüfatının idarə edilməsi” mövzusunda seminarda 5 nəfər əməkdaşın iştirakı nəzərdə tutulur. Növbəti seminarlarda da əməkdaşların iştirakı planlaşdırılır.

16. Qida məhsulları mühəndisliyi və ekspertizası kafedrasının assistenti doktorant Ələkbərov Ələkbər Malik oğlu 28.07-17.08.2015-ci ildə Çin Xalq Respublikasında “İnkişaf etməkdə olan kənd təsərrüfatının mexanikləşdirilməsi (1-ci faza)” mövzusunda keçiriləcək seminarda iştirak etmişdir.

17. Biologiya kafedrasının müdiri, dosent Hümbətov Zaur İsrafil oğlu 14.09-18.09.2015-ci ildə Xorvatiyanın Riyeka şəhərində keçiriləcək “VI Beynəlxalq Botanika konqresində iştirak etmişdir.

18. “Qida məhsullarının texnologiyası” ixtisası üzrə doktorant 02.09-22.09.2015-ci ildə Çin Xalq Respublikasında – “2015-ci ildə inkişaf etməkdə olan ölkələrdə torpaq və suyun mühafizəsi, quraqlıq ərazilərdə kənd təsərrüfatı” mövzusunda keçirilən seminarda iştirak etmişdir.

19. Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının assistenti Məmmədov Niyaz Nizami oğlu – 13.09-18.09.2015-ci ildə Qazaxstan, Alma-Ata şəhərində “Elmi-tədqiqat işləri ilə əlaqədar konfransda iştirak etmişdir.

20. Bitkiçilik və bitki mühafizəsi kafedrasının assistenti Quliyev Sahil Bəhman oğlu 14.09-18.09.2015-ci il tarixlərində Gürcüstan Respublikasının Kaxetiya şəhərində keçirilən Elmi-Praktik konfransda iştirak etmişdir.

21. Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının dosent əvəzi Həsənov Asif Abuzər oğlu və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İdrisli Pərvin Hüseyn oğlu 20.09-24.09.2015-ci il tarixlərində Almaniyanın Vorms şəhərində TEMPUS “Aqroturizm” layihəsi üzrə seminarda iştirak etmişlər.

22. ADAU-nun rektoru AMEA-nın müxbir üzvü professor Cəfərov İbrahim Həsən oğlu və magistr hazırlığı mərkəzinin direktoru İsayev Aydın Yunis oğlu 24.09-26.09.2015-ci il tarixlərində Belarusiyanın Qorki şəhərində Belarusiya Dövlət Kənd Təsərrüfatı Akademiyasının 175 illik yubileyində iştirak etmişlər.

Maddi - texniki baza üzrə aparılan işlər

“Sosial-iqtisadi inkişafın (2014-2018-ci illər) Dövlət proqramına uyğun ola¬raq 7 mərtəbəli 514 yerlik tələbə yataqxanasının tikintisi davam etdirilmişdir. Bu layihə üzrə həmin ərazidə ikinci yataqxananın tikintisinə başlanmışdır.
2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı respublikada yeganə ali aqrar təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universitetində yeni tədris ilinə hazırlıqla əlaqədar genişmiqyaslı işlər yerinə yetirilir. Bu tədbirlər sırasında tələbələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması prioritet yer tutur. Universitetdə təhsil alan tələbələrin yarıdan çoxu digər regionlardan olmaqla, onlar əsasən kirayə evlərdə yaşayırlar. Bu isə maddi və sosial problemlərlə yanaşı, uzaq kənd rayonlarından təhsil almaq arzusunda olan gənclər üçün həlli vacib olan məsələlərdən biridir. Bütün bunları nəzərə alaraq, Azərbaycanın ali məktəbləri arasında ilk dəfə olaraq, ölkə Prezidentinin yaxından dəstəyi ilə universitetdə ən müasir tələblərə cavab verən 2 yataqxana kompleksi tikilməkdədir. Hər yataqxanada 500 nəfərdən çox tələbənin yerləşdirilməsi nəzərdə tutulur, otaqların hamısı 2 nəfərlikdir. Yataqxanalardan biri 2015-ci ilin sentyabr-oktyabr aylarında, digəri isə növbəti tədris ilinin başlanğıcında istifadəyə veriləcəkdir. Hər 2 yataqxana eyni layihə əsasında tikilir və bu yataqxanalarda tələbələrin təhsili, istirahəti, idman və məişəti ilə bağlı bütün məsələlərin həlli nəzərdə tutulmuşdur. Universitetin əsas tədris korpuslarının yerləşdiyi ərazidə yataqxanaların istifadəyə verilməsi müasir standartlara cavab verən kampus sisteminin formalaşdırılmasına, habelə beynəlxalq layihələr çərçivəsində xarici ölkələrlə müəllim-tələbə mübadiləsinə geniş imkanlar yaradacaqdır.

2015-ci ilin 9 ayı ərzində Azərbaycan Dövlət Aqrar Universitetində görülmüş işlər barədə məlumat
















Tamamlanmaq mərhələsində və tikilməkdə olan tələbə yataqxanaları

Universitetin baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi növbəti tədris ilinə hazırlıq işlərində əsas yerlərdən birini tutur. Belə ki, “balıqçılıq və balıqçılıq təsərrüfatı işi” ixtisası üzrə mü¬tə¬xəssis hazırlığının keyfiyyətini yaxşı¬laşdırmaq məqsə¬dilə fakültənin nəzdində ümumi sahəsi 72 m2 olan “Qapalı balıqyetiş¬dirmə laboratoriyası” yaradıl¬mış və iki növdə 2 min dən çox balıq yetiş¬di¬ril¬mə¬sinə baş¬lan¬mışdır. Artıq həmin ərazi¬də 16 ədəd açıq su hovuzunun inşası başa çatdırılmış və onların 8-də artıq müxtəlif cins balıqlar bəslənilir. Laboratoriyada tələbələr balıq kürüsünün alın¬ması, mayalandırılması məsələlərindən başlayaraq, balıq alın¬ma¬sınadək bütün texnoloji prosesdə iştirak edir, həm¬çinin müxtəlif növ balıqların yetişdirilməsi və yem¬lən¬dirilməsi texnologiyasına da yiyələnirlər.

2015-ci ilin 9 ayı ərzində Azərbaycan Dövlət Aqrar Universitetində görülmüş işlər barədə məlumat

























Qapalı balıqyetişdirmə laboratoriyası

Universitetdə heyvandalığın müxtəlif sahələri, o cümlədən arıçılıq üzrə də mütəxəssis hazırlığının müasir tələblər səviyyəsində qurulması məqsədilə müvafiq işlərə başlanılıb. Belə ki, arıçılığın iqtisadi əhəmiyyətini nəzərə alaraq, baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin ərazisində arıçılıq məhsullarının istehsalı laboratoriyasının tədris ilinin başlanğıcınadək istifadəyə verilməsi nəzərdə tutulub.
Bundan başqa, fakültədə pataloji anatomiya, süni mayalanma mərkəzinin istifadəyə verilməsi istiqamətində də görülən işlər geniş vüsət alıb.

2015-ci ilin 9 ayı ərzində Azərbaycan Dövlət Aqrar Universitetində görülmüş işlər barədə məlumat












Baytaqlıq təbabəti və zoomühəndislik fakültəsində arıçılıq laboratoriyasının və pataloji anatomiya müzeyində görülmüş işlər

2015-ci ilin 9 ayı ərzində Azərbaycan Dövlət Aqrar Universitetində görülmüş işlər barədə məlumat












Baytaqlıq təbabəti və zoomühəndislik fakültəsinin tələbə yataqxanasından görünüşü:quşçuluq tədris mərkəzi, qapalı balıqyetişdirmə laboratoriyası və hovuzlar, maşın-traktor parkı, anatomiya muzeyi, patoloji anatomiya muzeyi, arıçılıq laboratoriyası, vivarium.

Universitetin aparıcı fakültələrindən olan aqronomluq fakültəsinə müasir laboratoriya avadanlıqlarının alınması ilə yanaşı, burada binanın döşəməsinin tamamilə yenilənməsi işləri davam etdirilir. Ötən tədris ilində binanın istilik sistemi yenidən qurulmuş, torpaqşünaslıq, bitki mühafizəsi laboratoriyaları üçün yeni avadanlıqlar alınmışdır.

2015-ci ilin 9 ayı ərzində Azərbaycan Dövlət Aqrar Universitetində görülmüş işlər barədə məlumat













Aqronomluq fakültəsinin döşəməsinin dəyişdirilməsi prosesi başa çatmışdır

Gəncə şəhərində ən böyük binalardan olan, universitetin iki-mühəndislik, elektroenergetika və informasiya texnologiyaları fakültələrinin yerləşdiyi mühəndislik korpsunun fasadının müasir standartlara və milli memarlıq üslubuna uyğun yenidən qurulması istiqamətində görülən işlər binaya xüsusi gözəllik verməklə, onun cəlbediciliyinin artmasına səbəb olur. Tədris korpusunda bir növbədə 2 min tələbənin təhsil alması mümkündür.

2015-ci ilin 9 ayı ərzində Azərbaycan Dövlət Aqrar Universitetində görülmüş işlər barədə məlumat












Mühəndislik korpusunun fasadının yenidən qurulması işləri

2015-ci ilin 9 ayı ərzində Azərbaycan Dövlət Aqrar Universitetində görülmüş işlər barədə məlumat













Mühəndislik korpusunun fasadının layihəsi

Universitetin aqrotexnologiya fakültəsində “istehlak mallarının ekspertizası və marketinqi” və “qida məhsulları mühəndisliyi” ixtisasları üzrə mütəxəssis hazırlığının təkmilləşdirilməsi, tələbələrin praktiki bilik və vərdişlərinin inkişaf etdiirilməsi məqsədilə müasir laboratoriya avadanlıqları alınmış və 2 auditoriyada quraşdırılmışdır.

2015-ci ilin 9 ayı ərzində Azərbaycan Dövlət Aqrar Universitetində görülmüş işlər barədə məlumat












Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının elmi tədqiqat və tədris laboratoriyaları

Gəncə şəhərində ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Şərab Festivalı çərçivəsindəuniversitetin qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasında şərab məhsullarının dequstasiyası və müsabiqəsi təşkil olunur. Bunu nəzərə alaraq, şərab məhsullarının istehsalı və saxlanması məqsədilə kafedranın zirzəmisi əsaslı şəkildə təmir olunmuş, soyuducular, saxlanma və digər avadanlıqlarla təchiz edilmişdir.

Universitetin iqtisadiyyat korpusunda 2-aqrobiznes və idarəetmə, aqrar iqtisadiyyat fakültələri yerləşməklə, burada 1200-ə yaxın tələbə təhsil alır. Qeyd olunan fakültələrin ixtisaslarına tələbatın yüksək, vahid sahəyə düşən tələbənin sayının çox olmasını nəzərə alaraq, korpusun arxasında olan, vaxtilə istifadə edilməyən və istifadəyə yararsız olan binalar əsaslı şəkildə təmir olunur, internet, istilik sistemi, kompyuterlər, ağıllı lövhələr, mebel dəstləri, parta və yumuşaq stullarla ilə təchiz edilir.

İqtisadiyyat korpusunun köməkçi tədris binalarında əsaslı təmir işləri və təchizat

Bütün tədris korpuslarında əsaslı təmir işləri ilə yanaşı, təmizlik, abadlıq, ağacların suvarılması işlərinə də diqqət yetirilir.

2015-ci ilin 9 ayı ərzində Azərbaycan Dövlət Aqrar Universitetində görülmüş işlər barədə məlumat












Aqrotexnologiya fakültəsinin həyəti

Beləliklə, Azərbaycan Dövlət Aqrar Universiteti 2015/2016-cı tədris ilinə müasir maddi-texniki baza, informasiya texnologiyaları, laboratoriya avadanlıqları, bütövlükdə yeni tədris mühiti ilə başlamışdır.

Digər işlər

Elmi şuranın qərarı ilə yanvarın 1–dən tədris metodiki, elmi tədqiqat, təşkilati metodiki və ictimai fəaliyyətləri nəzərə alınaraq ötən tədris ilində olduğu kimi, bu tədris ilindən də hər kafedradan bir müəllimin ( 31 nəfər) əsas vəzifə maaşları Universitetin hesabına differensial qaydada 100 manat artırılmışdır.
Qədim tarixə və zəngin ənənələrə malik Azərbaycan Dövlət Aqrar Universi-tetində tədris prosesi, elmi tədqiqat işləri və maddi-texniki bazanın təbliği məqsədilə universitetin fəaliyyətinin əks etdirən 25 dəqiqəlik kinofilm hazırlanmışdır.
Aprelin 1-dən mayın 30-dək xarici dillərin öyrənilməsi üzrə ödənişsiz kurslar təşkil edilmişdir.
Aprelin 15-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə professor-müəllim heyəti və tələbələrin görüşü keçirilmişdir.
Aprel ayında ABŞ-ın paytaxtı Vaşinqtonda 1919-cu ildə yaradılmış Beynəlxalq Təhsil İnstitutunun növbəti iclasında ADAU yekdilliklə bu institutun üzvlüyünə qəbul edilmişdir.Bu institutun əsas fəaliyyəti elm sahəsində Beynəlxalq layihələrin həyata keçirilməsindən ibarətdir.
2015-ci ilin son 9 ayı ərzində ____ masa, ____ yumşaq stul, ____ kürsü, ___ minik avtomobili, blyard stolu, pres stolu, qaçış trenajoru, mini futbol qapısı, lija trenajoru, velo trenajor, turnik, tennis stolu və s. alınmışdır.
Qafqazın ən böyük təhsil – facebook səhifəsi olan “Azərbaycan Universitetləri” 2014/2015-ci tədris ili üçün keçirilən “Ən yaxşı universitet” sosial sorğusunun qalibi olduğuna görə Azərbaycan Dövlət Aqrar Universiteti, “Ən yaxşı rektor” sosial sor¬ğusunda 2-ci yeri tutmuş ADAU-nun rektoru İbrahim Cəfərov “Azərbaycan Uni¬versitetləri” facebook səhifəsinin diplomları ilə təltif olunmuşlar.

Rektor professor İ.H.Cəfərov

05.10.2015


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR