Bərdənin orta məktəblərində «Fond Pulu» biabırçılığı

23-11-2015, 13:07 880 dəfə baxılıb

Bərdənin orta məktəblərində «Fond Pulu» biabırçılığı












Rayon ziyalıları təhsil şöbəsinin müdiri Rzaqulu Şərifovun pulyığma «kampaniya»sından şikayətçi düşbülər

«Bərdə rayonunda 80 orta məktəb var və orada üst-üstə 5 min nəfər müəllim işləir. Bir qayda olaraq müəllimlərin aldıqları maaşdan pul yığılır. Bu da hər 100 manata 10 manat prinsipi ilə həyata keçirilir. Bu çirkin işin də adını «fondpulu» qoyublar». Bu barədə redaksiyamıza bir qrup Bərdə ziyalıları məlumat veriblər.

S.Qurbanov, Q.Ağayev və Z.Mikayılov yazır ki, bu işlərin birbaşa Bərdə Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov həyata keçirir. Onların sözlərinə görə, Şərifov rayonda keçirilən tədbirlərdə rayon rəhbərlərinin, hüquq mühafizə orqanlarının və digərlərinin qarşısında yalandan da olsa, Bərdə təhsilinin «uğurların»dan danışaraq, iz azdırmağa çalışır.

Bərdə ziyalılarının adından yazan sözügedən şəxslər Rzaqulu Şərifova Redaksiyamız vasitəsi ilə bir neçə sual ünvanlayıblar. Həmin sualları olduğu kimi təqdim edirik:

«Rzaqulu müəllim, siz bilmirsiniz ki, birinci sinif şagirdləri qış mövsümünjə məktəb otaqlarını istimək üçün dərs çantlarında kitab yox, odun və ya neft gətirirlər?

-Məgər siz bilmirsiniz ki, hər ay jurnal pulu, təmir pulu, təhsil şöbəsindən gələn inspektorları yola salamq üçün şgirdlərdən pul yığılır?

- Kətəlparaq kəndindən Bərdə şəhərindəki orta məktəbə direktor təyin olunandan sonra istifadənizdə köhnə, heç bir işə yaramayan «Volqa» maşınınız var idi. Sonra nə oldu? Təzə məktəbdə direktor işləməyə başlayandan 1-ci sinifə qəbul «xüsusi» üsulla götürülməyə başladı. Birinci partada oturan, sinif nümayəndəsi seçkmək də «hörmətlə» həyata keçirilirdi.

- Yəqin ki, oğlunuzun məktəbə məxsus 09 AA 089 dövlət nömrə nişanlı avtomobilə hansı qəzanı törətdiyindən də xəbəriniz var.

- Həmin Fond Pulu hesabına az müddətdə Rzaqulu Şərifov çox bahalı avtomobil, Bərdədə villa, sahibi olub. Əgər belə deyilsə, sizin məvacibinizlə bunu etmək mümkün idimi?

- Məktəb direktorları bu ilin büdcəsində təhsilə ayrılan 60 min manat təsərrüfat xərci ayrıldığından xəbəri var idimi və həmin xərclərdən bir qucaq odun alınıb, məktəblərə verildimi?

- Sizcə, hər axşam işdən sonra çayxanada oturub, sizə yaxın olan işçiləriniz və məktəb direktorları ilə rayonun taleyi haqqında söhbətlər aparmaq və sizə yüksək vəzifə sözü verildiyini deməklə nəyəsə nail olmaq mümkündürmü?»


Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR