Keçmiş MTN-çilərin daha bir şok dinləmə olayı: «ÖRDƏK» ƏMƏLİYYATI

25-11-2015, 13:26 597 dəfə baxılıb

Keçmiş MTN-çilərin daha bir şok dinləmə olayı: «ÖRDƏK» ƏMƏLİYYATI










Eldar Mahmudovun komandası həmin məmurla bağlı bütün kompromatlara malik olub

Ötən gün xəbər vermişdik ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşları ayrı-ayrı məmurlar haqqında kompromat materiallar toplayaraq, onlardan öz xeyirləri üçün istifadə ediblər. Redaksiyamıza bununla bağlı daxil olmuş məlumatlarda vurğulanırdı ki, hələ iki il bundan əvvəl FHN rəhbəri Kəmaləddin Heydərovun haqqında dosye açılıb və onunla bağlı bütün bilgilər toplanıb.

Qeyd edilir ki, keçmiş MTN-çilər Kəmaləddin Heydərovun təkcə biznes, işgüzar əlaqələri ilə yanaşı, şəxsi həyatına dair də məlumatlar toplayıblar və bu zaman onun telefon danışıqlarına qədər dinləyiblər.

Lakin bu hərəkət təkcə Kəmaləddin Heydərova qarşı deyil, eyni zamanda digər məmurlara qarşı da olub. Mənbə redaksiyamıza bildirir ki, keçmiş MTN-çilərin həmçinin «ÖRDƏK» kod adı ilə açıdıqları dosye olub. Və bu ad haqqında kompromat toplanan məmurun ləqəbinə əsaslanıb. Belə ki, sözügedən şəxslər həmin məmuru öz aralarında «Ördək» deyə çağıraraq, onun haqqında ayrı-ayrı mənbələrdən bilgilər yığıblar. Və qısa müddət ərzində həmin yüksək çinli dövlət məmuru haqqında bütün kompromatlar toplanıldıqdan sonra yararlanması üçün hərəkətə keçilib. Sadəcə, oktyabrın 17-nə qədər işləri yekunlaşdıran keçmiş MTN-çilər mövcud vəziyyətdən dolayı icra prosesinə imkan tapmayıblar.

Mənbə redaksiyamıza onu da bildirib ki, «Ördək» əməliyyatında təkcə bir məmurun deyil, onun yaxın ətrafının da adları keçib. Orada həmin məmurun yaxın ətrafı ilə birlikdə mülkləri, əlaqələri, maddi imkanları, zəif və güclü yerləri barəsində bilgilər olub.

Bildirək ki, «Ördək» ləqəbli məmurun kimliyi bizə məlumdur və bəzi səbəblərdən dolayı hələlik açıqlama vermirik. Bui şlə əlaqədar daha incə detallar barəsində isə yaxın günlərdə geniş məlumat verəcəyik.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR