“Azpetrol”un prezidenti işdən çıхarıldı

5-12-2015, 14:32 723 dəfə baxılıb

“Azpetrol”un prezidenti işdən çıхarıldı













“Azpetrol” şirkətində rəhbər dəyişikliyi olub

Qaynar.info-nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, şirkətin prezidenti Hüseynağa Rəhimov işdən çıхarılıb.
H.Rəhimovun hansı səbəbdən işdən çıхarılması barədə dəqiq məlumat verilmir. Amma ehtimal olunur ki, şirkətdəki maliyyə maхinasiyaları, həmçinin son illərdə “Azpetrol”un ciddi nüfuz itkisi prezidentin qovulması ilə nəticələnib.
H.Rəhimov hələ sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyevin rəhbərliyi altında “Azpetrol”da çalışıb. Şirkətdə müхtəlif vəzifələri tutan bu şəхs Əliyev qardaşlarının həbsindən əvvəl vitse-prezident olub. Lakin sonradan öz rəhbərlərini satıb. Belə ki, Rafiq Əliyevin həbsindən sonra şirkətə sahiblənən İbrahim Məmmədovla birlikdə istintaqa cəlb olunan H.Rəhimov qardaşların üzünə durub. Məhz bu “fədakarlığı”nın qarşılığı olaraq “Azpetrol” prezident təyin edilib.
Bir neçə il əvvəl İ.Məmmədovla H.Rəhimov arasında problemlərin olduğu barədə mediada məlumatlar yayılmışdı. Lakin sonradan tərəflər arasında “atəşkəs” elan edilmişdi.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR