Əli Həsənovun ailəsinə məxsus 6 şirkət ləğv olundu

13-01-2021, 14:00 160 dəfə baxılıb

Əli Həsənovun ailəsinə məxsus 6 şirkət ləğv olundu

Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus "Bakı 24”, "Kaspi AZ”, "Mətbuat Evi”, "Golden Prince”, "Global Advertisment” MMC-lər, eləcə də "Kaspi Co” MTK ləğv olunduğunu elan edib.



Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər” qəzeti elan yayıb. 


Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini şirkətlərin dövlət qeydiyyatına alındığı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanına bildirə bilərlər.


Xatırladaq ki, adları çəkilən kommersiya qurumlarına əsasən, Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir. /Report


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR