Parlamentdə boş qalan deputat yerləri: Seçki nə vaxt olacaq? - “MSK hələ karantindədir”

4-02-2021, 09:58 174 dəfə baxılıb

Ötən il 9 fevralda Milli Məclisə növbədənkənar seçkilər keçirildi.

125 dairə üzrə keçirilən seçkilərdən sonra 4 dairənin- 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçünc Seçki Dairəsi, 74 saylı Lənkəran Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv olundu.

Beləliklə, parlament 121 deputatla öz işinə başladı. Ötən ilin 4 avqustunda isə 116 saylı Qəbələ Seçki Dairəsinin deputatı Fəttah Heydərov dünyasını dəyişdi. Bununla da parlamentdə boş qalan yerlərin sayı 5-ə çatdı.

Milli Məclisdə boş qalan yerlər üzrə təkrar seçkilərin nə zaman keçirilməsi gözlənilir?

Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov Cebhe.info-ya açıqlamasında parlamentə seçkilərin keçirilməsi ilə bağlı qurumun qərar vermədiyini xatırladıb:

"Seçki qərarını MSK vermir, MSK sadəcə seçkilərin keçirilməsini təşkil edir. Hələlik parlamentin boş qalan yerlərinə seçkilərin keçirilməsi ilə bağlı qərar yoxdur. Hazırda isə MSK karantindədir. Gözləyirik ki, nə zaman işə çıxacağıq”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR