Nə qədər insan əfvə düşəcək?

25-02-2021, 20:52 87 dəfə baxılıb

Dünən Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. İclasda əfvlə bağlı 150-dən çox müraciətə baxılıb. Bununla da komissiyada baxılan müraciətlərin sayı 350-ni ötüb. Qeyd edək ki, indiyədək əfv komissiyasının iki iclasında 200-dən çox müraciətə baxılmışdı.

Komissiyann üzvü, millət vəkili Zahid Oruc iclasın nəticələri barədə "Sherg.az”a danışdı:

"Nə qədər insanın əfv ediləcəyi Prezidentin səlahiyyətlərinə daxildir. Eyni zamanda kimlərə "yox” deyiləcəyini müzakir etmək komissiyanın daxili etik nizamnaməsinin pozulması deməkdir.

Bu, həm məhbusların özlərinə, həm də onların ailə üzvlərinə mənfi təsir göstərə bilər. Sadəcə onu söyləyim ki, komissiya bütün müraciətlərə baxmağa çalışır. Müzakirələr davam edir. Əsas məsələ "ikinci şans” qanununun olmasıdır. Statistik rəqəmlərin arxasında insanlar, talelər dayanır.

Bizdə on illərdir ki, əfv institutu var. Verilən qərarlar isə yalnız məhbusları və onların ailələrini deyil, bütöv cəmiyyəti sevindirir.

İndiyədək 66 dəfə əfv, 10 dəfə amnistiya qərarının qəbul edilməsi dövlətin humanist siyasətinin və mənəvi dəstəyinin təzahürüdür”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR