Azərbaycana da gətiriləcək peyvəndlə bağlı qalmaqal: - ÜST də “döyüşə” qoşuldu

12-03-2021, 13:25 170 dəfə baxılıb

Dünyada koronavirusa qarşı peyvəndləmə prosesi başlayandan bəri qalmaqallar da səngimir.

Bu dəfə "döyüşə" Ümumdünya Səhiyyə Təşkilatı da qoşulub.

Cebhe.info xəbər verir ki, ÜST Avropanın bəzi ölkələrində "AstraZeneca" peyvəndindən istifadəyə qoyulan qadağanın səbəbini araşdıracaq.

Təşkilatdan bildirilib ki, araşdırma nəticəsi ictimaiyyətə açıqlanacaq: "ÜST baş verənləri tam aydınlaşdıran kimi bununla bağlı açıq mətnlə çıxış edəcək".

Xatırladaq ki, Avropa Birliyinə daxil olan 10 ölkə koronavirusa qarşı "AstraZeneca" peyvəndindən istifadəni dayandırıb. Buna səbəb bu peyvənddən sonra bəzi şəxslərdə ağır fəsadların üzə çıxması olub.

Məlumat üçün bildirək ki, Azərbaycanda indiyə qədər Çin istehsalı olan peyvənddən istifadə olunsa da, ölkəmizə "AstraZeneca" peyvəndi də gətiriləcək. Bu barədə səərncamı dünən Baş nazir Əli Əsədov imzalayıb.

Sərəncamda deyilir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə "GAVİ ALLİANCE” arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair 2020-ci il 18 sentyabr tarixli sazişə əsasən İsveç Krallığının "AztraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 gün müddətində həyata keçiriləcək.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR