Erməni nazirlə görüş nəzərdə tutulmayıb!

28-07-2021, 14:38 63 dəfə baxılıb

Azərbaycan, Rusiya və Ermənistan müdafiə nazirlərinin bu gün Moskvada görüşü ilə bağlı erməni tərəfinin yaydığı məlumatı təkzib edirik.

Bu barədə Axar.az-a müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, 26 iyulda Rusiya müdafiə naziri Sergey Şoyqu Ermənistan müdafiə naziri əvəzi, müdafiə nazirinin birinci müavini Arşak Karapetyanla telefonla danışmışdı. Ötən gün isə A.Karapetyan S.Şoyqu ilə görüş üçün Moskvaya getmişdi.

Şoyqu ilə Karapetyan arasında ötən gün qapalı görüş keçirilmişdi və müzakirənin detalları mediaya açıqlanmamışdı.

Bu gün isə erməni mediası rəsmi mənbələrə istinadla Moskvada Azərbaycan, Rusiya və Ermənistan müdafiə nazirlərinin görüşəcəyi haqda məlumat yayıb.

Bu arada ermənilərin Kəlbəcər istiqamətində təxribatı davam edir. Səhər saatlarında erməni təxribatı nəticəsində Ordumuzun iki əsgəri yaralanıb. Ermənistan MN isə 3 əsgərinin məhv edildiyini, ikisinin yaralandığını rəsmən elan edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR