BİR ADDIM İRƏLİ: Liderlərin görüşündə müəyyən razılaşma ola bilər - GƏLİŞMƏ

15-07-2023, 09:00 42 dəfə baxılıb

BİR ADDIM İRƏLİ: Liderlərin görüşündə müəyyən razılaşma ola bilər - GƏLİŞMƏ


Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. Telefon danışığı zamanı Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb.

Dövlətimizin başçısı Antoni Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib və yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib.

Siyasi şərhçi Kənan Novruzov Sherg.az-a açıqlamasında bildirib ki, rəsmi Bakının sülh təşəbbüsündə səmimi olması çoxlarına məlumdur. Bu, artıq təsdiqlənmiş faktdır:

"Əgər Azərbaycan sülh istəməsə idi, Vətən müharibəsindən bəri keçən iki il ərzində bu istiqamətdə səylə çalışmazdı. Amma, əlbəttə, sülh ədalətli olmalıdır. Qalib tərəf kimi bizim maraqlarımız təmin olunmalıdır.
Məhz Azərbaycanın səmimiliyyətinin təzahürüdür ki, biz Qarabağdakı etnik ermənilərlə birbaşa dialoqa can atırıq. Onlara vətəndaşlığımızı qəbul etmək şərti ilə Qarabağda qalmalarına şərait yaradırıq. Qarşı tərəf isə hələ ki, bu təklifləri qiymətləndirmir. Üstəlik, bu azmış kimi, Ermənistan hərbi-siyasi hakimiyyəti təxribatlarını davam etdirir. Bu isə onu deməyə əsas verir ki, rəsmi İrəvan Azərbaycanın səmimi səylərini qiymətləndirmir, əksinə, sülh quruculuğu prosesinə mane olur".

Ekspert qeyd edir ki, sabah liderlərin görüşü gözlənilir. Ermənistan baş naziri Nikol Paşinyan da artıq bunun anonsunu verib:

"Görüşdə müəyyən razılıqların əldə olunması mümkündür. Lakin tarixi təcrübə göstərir ki, bu cür razılaşmalar qaneedici və effektiv nəticə deyil. Çünki İrəvan öhdəliklərini pozur. Biz bunu dəfələrlə görmüşük: Ermənistan sözdə dediklərini əməldə təsdiqləmir, əksinə, bəyanatlarını reallaşdırmaqdan qaçır. Odur ki, əvvəl də dediyimiz kimi, sülh düsturu belədir: Ermənistan əvvəlcə konkret addımlar atmalıdır. Bu, xüsusilə Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların işə salınması, terrorçuların torpaqlarımızdan çıxarılması istiqamətində ola bilər. Əks halda isə sülh kövrək olacaq. Və bizə belə sülh sərf etmir".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR