Almaniyadakı sirli azərbaycanlı oliqarx...

19-07-2015, 11:13 1015 dəfə baxılıb

Almaniyadakı sirli azərbaycanlı oliqarx...

















Almaniyanın Han aeroportunda mənzillənən, “Boeing” və “Airbus” sərnişin təyyarələrinə, habelə “Gulfstream GV-SP” özəl jetlərinə texniki xidmət göstərən və onların əsaslı təmirini həyata keçirən şirkətin sahibi Azərbaycandan olan investordur

Bu haqda Almaniyanın “Allgemeine Zeitung” qəzetində bəhs edilir.

Söhbət 2008-ci ildə yaradılan HAİTEC şirkətindən gedir. Şirkətin saytında göstərilir ki, HAİTEC Azərbaycan, Bermud adaları, Rusiya və Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Airbus”, “Boeing” və “Gulfstream” təyyarələrinə texniki xidmət göstərmək barədə müqavilələrə malikdir.

Şirkətin Han aeroportunda bir anqarı var, ikincisini də gələn il açmağa hazırlaşır. 2014-cü ildə HAİTEC 30 milyon avro məbləğində üçillik investisiya proqramı elan edib.

“Allgemeine Zeitung” qəzetinin yazdığına görə, HAİTEC şirkətinin builki dövriyyəsinin 20 milyon avro olacağı gözlənilir. Şirkətin 302 əməkdaşı var. Hazırda şirkətin nəhəng anqarında Səudiyyə Ərəbistanı aviaşirkətinə məxsus “Airbus” təmirə dayanıb. Habelə “Boeing 747” yük təyyarəsinin içində təmir işləri görülür. Şirkətin icraçı direktoru Frank Pottdur.

F.Rott fəxrlə deyir ki, dünyanın hər yerindən aviaşirkətlər öz təyyarələrini texniki xidmət üçün HAİTEC-in anqarında qoyurlar. HAİTEC daha bir anqar açmağa və əlavə 200 işçi götürməyə hazırlaşır.

Han aeroportunda hərbi-hava qüvvələrinin keçmiş bazası yerləşib. İndi isə HAİTEC-in investisiyaları sayəsində aeroport “seksual” görkəm alıb. Şirkət Almaniya Hərbi-Hava Qüvvələrinin A400M hərbi-nəqliyyat təyyarələrinə texniki xidmət göstərmək üçün müraciət etməyə də hazırlaşır.

HAİTEC şirkətinin hansı azərbaycanlı investora məxsus olduğunu dəqiqləşdirmək üçün araşdırmalarımızı davam etdirəcəyik./virtualaz.orq/












loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR