General Kərim Kərimovun qızı vəfat etdi

19-07-2015, 11:16 886 dəfə baxılıb

General Kərim Kərimovun qızı vəfat etdi


















Sürəyya Kərimovanın nəşi yandırılmaq üçün krematoriyaya təhvil verilib

Moskvada Azərbaycan diasporunun tanınmış üzvü, Sovetlər İttifaqında kosmonavtikanın banilərindən biri olmuş general Kərim Kərimovun qızı texniki elmlər doktoru, professor Sürəyya Kərimova vəfat edib.

azinfo.tv-nin APA-ya istinadən verdiyi xəbərə görə, Sürəyya Kərimova iyulun 20-də Moskvanın Vaqankovski qəbristanlğında atasının məzarı yaxınlığında dəfn ediləcək.

Sürəyya Kərimovanın nəşi yandırılmaq üçün krematoriyaya təhvil verilib. Bu, onun öz vəsiyyətinə uyğun olaraq edilib. Belə ki, Sürəyya Kərimova sağlığında atası Kərim Kərimovun məzarının yanında dəfn olunmasını vəsiyyət edib. Lakin Kərim Kərimovun məzarının yanında yer olmadığından onun nəşinin yandırılaraq dəfn olunması qərara alınıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR