İxracın yarıdan çoxu Avropaya gedir

22-07-2024, 08:25 58 dəfə baxılıb

İxracın yarıdan çoxu Avropaya gedir



Azərbaycan Avropanın enerji təhlükəsizliyin təmin olunmasında əvəzedilməz ölkələrdən biridir. Ona görə də Azərbaycanın iştirakı olmadan “Avropa Siyasi Birliyi” Zirvə toplantısında enerji təhlükəziliyi sahəsində müzakirələrin aparılması əhəmiyyətsiz olardı. Bu gün ölkəmiz Avropanın bir neçə ölkəsinə qaz ixrac edir. Avropa İttifaqı ilə Azərbaycan arasında bağlanan razılaşmalara görə, bir neçə il ərzində bu tədarükün həcmi daha da artırılmalıdır. Rusiya–Ukrayna müharibəsinə görə Avropanın özünün enerji təhlükəsizliyini təmin etdiyi vasitələr məhdudlaşıb. Ukrayna ərazisindən keçərək Macarıstana, Sloveniyaya və Avstriyaya gedən Rusiya qazını ilin sonunda kəsəcəyini bəyan edib. Bu da Şərqi Avropa ölkələri üçün enerji təhlükəsizliyi sahəsində əlavə olaraq böyük gərginlik yaradacaq. İyulin 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak edən Prezident İlham Əliyevə olan yüksək diqqət, səmimiyyət, liderlərin görüş üçün müraciətləri Azərbaycanın qitə üçün önəminin bariz nümunəsidir. Onlar Prezident İlham Əliyevi özlərinin enerji təhlükəsizliyi məsələsində qarantor, xilaskar kimi görür və qiymətləndirirlər. Birliyin Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dövlətimizin başçısının çıxışı da rəğbətlə və maraqla qarşılandı.
Prezident İlham Əliyevin dəyirmi masada söylədiyi kimi: “enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. Biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim hədəfimizdir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR