Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır

27-12-2024, 09:08 97 dəfə baxılıb

Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır

Ölkəmizdə dövlət tərəfindən idmana olan diqqət və qayğı göz qabağındadır. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır.
İlin yekunlarına görə dövlət başçısının idmançılarla görüşü, nəticələrin müzakirəsi, qalib idmançıların mükafatlandırılması ölkəmizdə artıq ənənə halini almışdır. Bu ənənə artıq 27 ildir ki, davam edir və başqa heç bir ölkədə belə tədbirlərin keçirilməsi olmayıb. Dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmançılarla görüşüb. Qeyd etmək yerinə düşərdi ki, ölkə başçısı bu görüşünü öz doğum günündə keçirib və bu da ölkəmizdə idmana olan diqqət və qayğını bir daha sübut edir.
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman nə qədər vacibdirsə, bir o qədər də hərbi hazırlıq və fiziki hazırlıq vacibdir. Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər. Dekabr ayının 24-də Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında qeyd etdiyi kimi, “Nəzərə alsaq ki, bu Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər ölkə kimi, qalib ölkə kimi iştirak edirdi, idmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər. Əlbəttə ki, bu vətənpərvərlik amili daim diqqətdə olmalıdır”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR