“Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb”

13-03-2025, 07:55 8 dəfə baxılıb

“Sülh müqaviləsinin bəndlərinin əksər hissəsi razılaşdırılıb”


“Xocalı soyqırımında 613 insan - 100-dən artıq qadın, o cümlədən 60 uşaq qətlə yetirilmişdir. Lakin biz gələcəyə baxmalıyıq”.

Bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib.

“Biz Cənubi Qafqazda sülh qurmalıyıq”, - deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin (Ermənistana təqdim olunan – red.) müəllifidir. Bildirib ki, sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və, demək olar, bəndlərin artıq əksər hissəsi razılaşdırılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR