2023-cü il dekabrın 21-də Ağdamın "Qarabağ" komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirdi.
20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü xalqımızın yaddaşında tarixi bir dönüş nöqtəsi kimi qalacaq. Bu günün qeyd olunması yalnız qələbəmizin rəmzi deyil, həm də torpaqlarımızın bütövlüyü, milli həmrəyliyimiz və dövlətimizin gücünün göstəricisidir. Azərbaycan əsgərinin rəşadəti, dövlətimizin qətiyyəti nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə yenidən doğma Vətənimizlə qovuşdu.1
2023-cü il dekabrın 21-də bu qələbənin təsdiqi kimi unudulmaz bir hadisə baş verdi. Ağdamın "Qarabağ" komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu Xankəndidə keçirdi. Bu, sadəcə bir futbol oyunu deyildi, bu, böyük Zəfərin, milli iradənin və Qarabağın əbədi Azərbaycan torpağı olduğunun bariz sübutu idi. Oyun zamanı tribunada dalğalanan üçrəngli bayraq hər bir vətəndaşımızın qəlbini qürurla doldurdu.
Bu gün isə “Qarabağ” futbolçuları Avropa səhnəsində daha bir tarixi zəfərə imza atdılar. Komandamız səfərdə güclü rəqibinə qarşı 0:2 hesabı ilə geridə olmasına baxmayaraq, möhtəşəm dönüş edərək 3:2 hesablı qələbə qazandı. Bu qələbə yalnız idman uğuru deyil, həm də xalqımızın iradəsinin, əzminin və yenilməzliyinin təzahürüdür. Hər belə zəfər Qarabağın azadlıq ruhunu, Azərbaycanın gücünü və birliyini bir daha bütün dünyaya nümayiş etdirir.
Bütün bu hadisələr göstərir ki, artıq Qarabağın hər guşəsi yalnız sülhün, tərəqqinin və Azərbaycan mədəniyyətinin məkanı olacaq. İdman, mədəniyyət və həyatın bütün sahələrində Qarabağ adının yenidən dirçəldilməsi xalqımızın gələcəyə inamını daha da möhkəmləndirdi.
loading...