İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib

6-03-2026, 09:02 24 dəfə baxılıb

İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib


Azərbaycan Prezidenti İlham Əliyev qanalı həmkarı Con Dramani Mahamaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Qana Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Qana arasında münasibətlərin inkişafı, əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Qana xalqına daim əmin-amanlıq və rifah diləyirəm".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR