7-ci mikrayondakı kazinoya hamilik edən general kimdir?

6-08-2015, 13:15 775 dəfə baxılıb

7-ci mikrayondakı kazinoya hamilik edən general kimdir?













Kazinonu işlədən Vüsal Rzayev hər kəsə arxasında ciddi bir fiqurun dayandığını söyləməkdən belə çəkinmir

Bu durumda kazinonun günün günorta vaxtı açıq şəkildə fəaliyyət göstərməsi də Vüsal Rzayevin heç də yalan söyləmədiyini sübut etməkdədir.

Bir müddət əvvəl AzFakt.com saytı “7-ci mikrayondakı kazino fəaliyyətini bərpa edib - Kazino sahibi “Lotoxana”nı hər kəsə açıq elan edib - Video”, adlı yazı dərc etmişdi.

Yazı dərc olunduqdan sonra hesab edirdik ki, Azərbaycanda qumarxanaların fəaliyyət qadağan olunmasına rəğmən, ölkə prezidentinin dəfələrlə gizli fəaliyyət göstərən qumarxanaların bağlanılması tapşırıqlarına hörmətlə yanaşılacaq və 7-ci mikrayondakı kazinonun fəaliyyəti əlaqədar qurumlar tərəfindən dayandırılacaq. Lakin kazinonun fəaliyyət göstərdiyi ərazinin sakinlərinin şikayətlərinə baxmayaraq həmin qanunsuz əyləncə yeri hələ də fəaliyyətini davam etdirməkdədir.

Qanunsuz loto oyunlarının təşkil olunduğu məlum kazinoya doğurdan da general rütbəli bir məmur hamilik edir. Qeyd edək ki, sakinlər bildirirlər ki, kazinonu işlədən Vüsal Rzayev hər kəsə arxasında ciddi bir fiqurun dayandığını söyləməkdən belə çəkinmir. Bu durumda kazinonun günün günorta vaxtı açıq şəkildə fəaliyyət göstərməsi də Vüsal Rzayevin heç də yalan söyləmədiyini sübut etməkdədir.

Qeyd edə ki, həmin vəzifəli şəxsin kimliyini açıqlayıb. Hazırda daha ətraflı araşdırma ararırıq və müəyyən sübutlarla növbəti yazımızda həmin generalın adını ictimaiyyətə açıqlayacağıq.

Mövzu ilə bağlı maraqlı tərəflərin mövqeyini dərc eiməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR