Ramil Usubov icra başçısının oğluna yeni vəzifə verdi

6-07-2016, 10:35 427 dəfə baxılıb

Ramil Usubov icra başçısının oğluna yeni vəzifə verdi













Nazir müvafiq əmr imzalayıb

Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsinə yeni rəis təyin edilib.

Lent.az-ın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə 6-cı Polis Bölməsinin rəisi Rəşad Əhmədzadə tutduğu vəzifədən azad edilərək 8-ci Polis Bölməsinə rəis təyin edilib. R.Əhmədzadənin yerinə hələlik təyinat yoxdur. 6-cı Polis Bölməsi rəisinin vəzifəsini müvəqqəti rəis müavini Ramin Cəbrayılov icra edir.

Qeyd edək ki, bir neçə gün əvvəl 8-ci Polis Bölməsinin rəisi Vüsal Qaraşov Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin rəisi təyin edilib.

Onu da qeyd edək ki, V.Qaraşov Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, onun yerinə təyin edilən Rəşad Əhmədzadə isə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin oğlu və Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşı oğludur.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR