Türkiyənin Azərbaycandakı səfirliyi son hadisələrlə bağlı açıqlama yayıb

16-07-2016, 11:20 556 dəfə baxılıb

Türkiyənin Azərbaycandakı səfirliyi son hadisələrlə bağlı açıqlama yayıb












“Türkiyədə baş verən hadisələr xalqın seçdiyi hökumətə qarşı edilən çevriliş cəhdidir”

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya daxil olan məlumatda bildirilib.

Məlumatda daha sonra qeyd olunub:

“Millətimiz birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxıb. Prezidentimiz və hökumətimiz öz vəzifələrini icra etməkdədir”.

Səfirliyin açıqlamasında bunun Türk Silahlı Qüvvələrinin hamısının iştirak etdiyi hadisə olmadığını da qeyd edib:

“Türk Silahlı Qüvvələrinin daxilindəki bir qrupun işidir və buna xalqımız tərəfindən cavab verilib”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR