İlham Əliyev yenidən MOK prezidenti seçilib

1-12-2016, 22:32 682 dəfə baxılıb

İlham Əliyev yenidən MOK prezidenti seçilib













Milli Olimpiya Komitəsində (MOK) Hesabat-Seçki Konfransı keçirilib.

AzerTac xəbər verir ki, Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib. Baş məclisdə komitənin vitse-prezidenti Çingiz Hüseynzadə "Milli Olimpiya Komitəsinin 2013-2016-ci illərdəki fəaliyyəti” haqqında məruzə ilə çıxış edib.

Sonra Təftiş Komissiyasının sədri Hicran Şərifov hesabat məruzəsi ilə çıxış edib. Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycanda idmanın inkişafı getdikcə geniş vüsət alır və bu, yeni-yeni uğurlara vəsilə olur. Müstəqilliyini bərpa edəndən bu günədək Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda minlərlə medal əldə ediblər. Sonra MOK-a prezident seçkiləri keçirilib. Yeganə namizəd olan dövlətimizin başçısı İlham Əliyev yekdilliklə yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilib.

Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yenidən MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Sonra MOK-un Təftiş Komissiyasının üzvləri seçilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR