Ağdaş təhsilində pulyığma mövsümü

20-08-2015, 15:39 1024 dəfə baxılıb

Ağdaş təhsilində pulyığma mövsümü

















Ağdaş rayon təhsil şöbəsinin müdiri Lütfi Paşayev yeni tədris ilinin başlanması münasibətilə yeni qaydalar tətbiq edib

Bununla bağlı redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, təhsil şöbəsinin müdiri orta məktəb direktorlarından pul yığmağa başlayıb. Məlumatda bildirilir ki, Ağdaş məktəblərində ötənilki məzunlara attestatların verilməsində də ciddi pozuntu halları olub. Belə ki, attestatların məbləği 100-150 manat civarında dəyişib və təkcə bu işdən kifayət qədər böyük məbləğ qazanılıb. Ağdaş Təhsil Şöbəsinin müdirinin daha bir qazanc mənbəyi isə dövlət büdcəsindən ayrılan vəsaitin müxtəlif adlar altında mənimsənilməsidir. Qeyd edək ki, rəsmi bilgilərdə Ağdaşın Təhsil Şöbəsinə sair xərclər maddəsi üzrə satınalmalara 64 min 653 manat sərf olunub. Bu sair xərclərin konkret olaraq nədən ibarət olduğunu isə kimsə bilmir. Yeni tədris ilinə az qalmış isə Ağdaş təhsilində yeni pulyığma mövsümünə start verilib. Dərs saatlarının bölgüsündən tutmuş, direktorlardan tələb olunan haqqa qədər çeşidli rüşvət “priyom”larından istifadıə edən Lütfi Paşayevin digər maxinasiyaları haqda isə yaxın günlərdə daha ətraflı məlumat verəcəyik. Qarşı tərəfidə dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR