Erməni tankları hər ötən saat Füzuliyə yaxınlaşır (VİDEO)

20-08-2015, 15:57 598 dəfə baxılıb

Erməni tankları hər ötən saat Füzuliyə yaxınlaşır (VİDEO)

















Rayonun erməni silahlı bölmələri tərəfindən işğalına 4 gün qalır


1993-cü ilin 19 avqustunda Füzulidə vəziyyət çox gərgin idi. İşğalın bir addımlığında olan rayonun əldən gedəcəyinə artıq şübhə qalmamışdı.

Çünki, hər gün xeyli hərbçi rayonu tərk edib gedirdi. Belə olan halda isə sakinlər işğalın hər an baş verə biləcəyinə özünü hazırlamışdı. Mübarizə əzmi isə çox az adamda vardı. Doğulub böyüdüyü torpağın müdafiəsinə sona qədər sinə gərmək istəyənlərlə müqayisədə qaçıb canlarını qurtarmaq həvəsində olanlar daha çox idi.

Elə buna görə də avtobus dayanacaqları bir-iki zəruri əşyaların yığıldığı köç bağlamaları və sabaha ümidi qalmayan insanlarla dolu idi.

O zamanlar yaranmış gərginlikdən istifadə edənlər də tapılırdı. Həmin günlərdə çıxan qəzetlər Füzuli baş verən qəribə olaylardan yazırdı.

Məsələn, “Azərbaycan” qəzeti yazırdı ki, Yapon ləqəbli bir batalyon komandiri guya torpağı müdafiə edəcək hərbçilərinin saxlanılması üçün yerli əhalidən iki-üç min rubl yığırmış. Son inamı sapan çöpünə qalan sakinlər də onun istədiyi pulu veriblərmiş. Lakin sonradan komandirin onları aldatdığı aşkara çıxır.

19 avqustda çıxan “Xalq” qəzeti isə Füzulidə elektrik enerjisi və rabitənin kəsildiyi haqda yazırdı. Yazıda rayon sakinlərinin mərkəzlə əlaqəsinin itdiyi də qeyd olunurdu.

Ermənistanın 40-dan çox ağır və zirehli texnikası isə blokadaya düşən rayona hər ötən saat da bir az da yaxınlaşırdı.

Elə məhz bu texnika düz 4 gündən sonra Füzulini işğal edəcəkdi.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR