Bakıda dələduz məktəb direktoru axtarılır

27-08-2015, 14:05 936 dəfə baxılıb

Bakıda dələduz məktəb direktoru axtarılır

















Polis məlumat yaydı

Azərbaycanda məktəb direktoru barəsində cinayət işi başlanıb.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, paytaxtda yerləşən 55 saylı orta məktəbin direktoru olmuş, 1960-cı il təvəllüdlü Vahid Şahmar oğlu Dəmirov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. İstintaqdan yayındığı üçün onun barəsində axtarış elan olunub.

55 saylı orta məktəbdən isə APA-ya bildirilib ki, V. Dəmirov may ayından işə çıxmır.

Onun tutduğu vəzifədən azad olunması barədə əmrin olub-olmadığı məlum deyil.

Hazırda polis V. Dəmirovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR