Milli Məclisin xüsusi iclası keçiriləcək - XARİCDƏN DƏ QONAQLAR GƏLƏCƏK

29-08-2018, 22:49 541 dəfə baxılıb

Milli Məclisin xüsusi iclası keçiriləcək - XARİCDƏN DƏ QONAQLAR GƏLƏCƏK


Senyabrın 20-də Milli Məclisin (MM) xüsusi iclası keçiriləcək.

Bu barədə MM-in Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

O qeyd edib ki, xüsusi iclas Azərbaycan Parlamentinin 100 illiyi iilə bağlıdır.

Akif Təvəkküloğlu onu da deyib ki, bu münasibətlə bir sıra ölkələrin parlament rəhbərləri Azərbaycana dəvət olunub.

A.Təvəkküloğlu qeyd edib ki, bundan sonra da bir sıra ölkələrin parlament rəhbərlərinə dəvətnamələr göndəriləcək: "Yəni proses hələ davam edir. Hansı ölkələrin parlament spikerlərinin gəlib-gəlməyəcəyi barədə indidən nəsə demək çətindir”.

Qeyd edək ki, 2018-ci il prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub.

Həmin sərəncamdan da irəli gələrək, ilboyu həm xarici ölkələrdə, həm də ölkə daxilində bununla bağlı silsilə tədbirlər keçirilir.

Odur ki, bu il həm də Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyi tamam olduğu üçün MM-in xüsusi iclasının keçirilməsi də nəzərdə tutulub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR