Nəsib Məhəməliyevdən qalmaqallı bəyanat: “Üç milyonu ünvanına çatdırmışam…”

14-09-2015, 13:29 752 dəfə baxılıb

Nəsib Məhəməliyevdən qalmaqallı bəyanat: “Üç milyonu ünvanına çatdırmışam…”













Noyabr ayının 1-də ölkəmizdə parlament seçkiləri keçiriləcək. Artıq bu münasibətlə ölkənin hər yerində namizədlərin irəli sürülməsi prosesinə start verilib

Bu prosesdə iqtidar partiyası olan YAP konkret namizədlərlə seçkiyə qatılmağı qarşıya məqsəd qoyub. Artıq bir çox rayonlarda hakim partiya tərəfindən namizədlərin elan olunması prosesi başlanılıb. Yəni ölkə ictimaiyyəti hakimiyyətin namizədlərinin kim olacağını demək olar ki, bir neçə gündən sonra tamamilə biləcək. Ancaq elə rayonlar var ki, bu proses oralarda çox çətin və demək olar ki, ehtiyatlı şəkildə həyata keçirilir.
Söhbət açacağımız rayon Balakən rayonudur. Buradan bir neçə gün bundan əvvəl prezidentin məlum sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Nəsib Məhəməliyev namizədliyini irəli sürüb. Ancaq Nəsib Məhəməliyevin Balakən rayonundan namizədliyini irəli sürməsi deyəsən rayonda əməlli-başlı narazılıqlara səbəb olub. Nəsib Məhəməliyev icra başçısı postundan uzaqlaşdırılmasını dövlət başçısı ilə əvvəlcədən razılaşdırıldığını qeyd edir və bunun onun üçün surpriz olmadığını qeyd edir. Digər tərəfdən YAP öz namizədlər siyahısını elan etməmişdən bir xeyli əvvəl özünün Balakəndən deputat olacağını arxayın şəkildə elan edir. Nəsib Məhəməliyevin bu açıqlamalarına etiraz olaraq bir qrup rayon ziyalısı və ictimaiyyət nümayəndələri onu siyasi riyakar və seçkilərin üzərinə indidən sübhə kölgəsi salmaqda ittiham edirdilər. Hər kəsə məlumdur ki, Nəsib Məhəməliyev ölkədə nəqliyyat naziri Ziya Məmmədovun kadrı kimi tanınır və redaksiya olaraq bir neçə gün bundan öncə yazmışdıq ki,onun namizədliyini məhz Ziya Məmmədov gündəmə gətirib. Çünki onların birgə ortaq biznesləri var və onu qorumaq üçün millət vəkilliyi ən yaxşı görəvdir. Digər tərəfdən Balakən ictimaiyyətinin nümayəndələri tam əminliklə qeyd edirlər ki, Nəsib Məhəməliyev yalan danışır. Onu prezident göstərilən etimadı doğrultmadığına görə işdən azad edib. Qeyd edək ki, Nəsib Məhəməliyev uzun illər Balakən rayonunun icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb və əhali tərəfindən mənfi şəxsiyyət kimi xarakterizə edilir. Onun uzun illər rayona ayrılan maliyyə vəsaitlərini mənimsədiyini,ayrı-ayrı millətləri, tayfaları üz-üzə qoyduğu və rayonda rüşvətin çiçəklənməsində böyük xidmətlərinin olduğunu qeyd edirlər. Nəsib Məhəməliyevin həm Balakən, həm də Bakı şəhərində qiyməti milyardlarla ölçülən nağd və daşınmaz əmlakının olduğu da hər kəsə bəllidir. Zamanında kiv-nümayəndələri haqlı olaraq Nəsib Məhəməliyevi oliqarx icra başçısı adlandırırdı. Nəhayət bu gün aldığımız məlumata görə Nəsib Məhəməliyevin namizədliyi Balakən rayonundan rəsmən elan edilib. Balakən rayon icra hakimiyyətindəki etibarlı mənbədən redaksiyamıza daxil olan məlumata görə, tədbirdən dərhal sonra Nəsib Məhəməliyev bir qrup şəxslərin yanında arxayınlıqla bildirib ki,mən 3 milyonu lazımı ünvana çatdırmışam, deputat da mən olacam. Ölkəmizdə millət vəkilliyi postunun milyonlarla əldə edildiyi hər birimizə bəllidir. Ancaq belə kobud səhvin buraxılması o deməkdir ki,digər namizədlər indidən öz namizədliyini geri götürsünlər, onsuz da qutudan Nəsib Məhəməliyevi çıxaracaqlar. Nəsib Məhəməliyevin bu açıqlamasına rəğmən biz də qeyd edirik ki,bəli,balakənlilər istəsə də,istəməsə də Nəsib Məhəməliyevin artıq deputat təyin olunduğunu qəbul etməlidirlər.
Mövzunu diqqətdə saxlayacayıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR