Ağ Evin qərarının Xankəndidəki əks-sədası - TƏHLİL

ABŞ prezidenti Donald Tramp vaxtı ilə işğal olunmuş və uzun illərdir mübahisəli sayılan daha bir ərazinin İsrailə verilməsi barədə qərar qəbul edib.
Bu digər problemli ərazilərə şamil edilə bilərmi? Konkret olaraq Rusiya tanınmamış Donbass, Krım və Dnestryanı əraziləri özünküləşdirmək ixtiyarındadırmı?
Azərbaycan xalqını, ictimaiyyətini isə bir məsələ maraqlandırır. Colan yüksəkliyi ilə bağlı qərar ermənilərin lehinə olacaqmı? Ermənistan bu sözləşməni misal çəkərək Qarabağı öz torpaqları kimi qələmə verə bilərmi?
Bu məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Arzu Nağıyev ermənilərin beynəlxalq müstəvidə belə bir hüquqlarının olmadığını bildirib:
“Bu məsələyə müxtəlif akseptlərdən baxmaq lazımdır. Hər bir xalqın öz müqəddəratını həll etmək prinsipi ümumiyyətlə, Ermənistan tərəfdən keçmir. Çünki Ermənistan adlı bir dövlət artıq mövcuddur. Ümumiyyətlə, Colan yüksəkliyi ilə Qarabağ məsələsini eyniləşdirmək olmaz. Çünki bütün beynəlxalq təşkilatlar, ABŞ-ın özü də daxil olmaqla bütün dünya ölkələri Qarabağı Azərbaycanın ərazisi kimi tanıyırlar. Lakin Colan yüksəkliyində məsələ tam fərqli idi. İndiyə kimi ABŞ və bir sıra ölkələr Colan yüksəkliyini Suriya ərazisi kimi tanımırdılar. Bu səbəbdən də Ermənistan gələcəkdə belə bir iddia ilə çıxış edə bilməz”.