İlhamə Quliyeva köməkçisini həbs etdirdi

20-10-2015, 11:51 873 dəfə baxılıb

İlhamə Quliyeva köməkçisini həbs etdirdi

















“Bəli, həyat yoldaşımı dünən tutublar”

Xalq artisti İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynova (Bəylərqızı) saxlanılıb.

Bu barədə məlumatı ölkə.az-a İ.Quliyeva özü verib. Faktı keçmiş köməkçinin həyat yoldaşı da təsdiqləyib, lakin əlavə bir söz deməkdən imtina edib:

“Bəli, həyat yoldaşımı dünən tutublar. Amma əlavə heç nə demək istəmirəm”.

Xatırladaq ki, İlhamə Quliyeva M.Hüseynova barədə hüquq-mühafizə orqanlarına şikayət edib. Xalq artisti bir neçə gün öncə keçirdiyi mətbuat konfransında keçmiş köməkçisinin onun həyatına qəsd etmək istədiyini bildirmişdi.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR