DSMF-nin pensiya özbaşınalğı...

21-01-2020, 15:00 217 dəfə baxılıb

DSMF-nin pensiya özbaşınalğı...


Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küç., ev 12-də qeydiyyatda olan, Xəzər rayonu, Bilgəh qəsəbəsi, Həci Hacağa küç., ev 36-da yaşayan Canbaxışov Cavanşir Kamal oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:




"Mən də bir Azərbaycan vətəndaşı olaraq aşağıda qeyd edilən və QANUNVERİCİLİYİN icazə verdiyi halda yaşa görə pensiya hüququmdan istifadə edib pensiyaya çıxmaq istəyirəm. Belə ki, mənim pensiya yaşım bu il 65 olduğuna görə pensiyaya çıxmalı idim. Lakin çox təəssüflər olsun ki, 1971-ci ildən matros kimi əmək fəaliyyətinə başladığımdan və 2006-ci ilə qədər müxtəlif sahələrdə əmək fəaliyyətində olmağıma baxmayaraq üst üstə 26 il staj sahibiyəm. Məni Sosia Təminat Nazirliyinin DOST xidmətindən, DSMF –dən bildirdilər ki, “get, 67 yaşın olanda gələrsən müraciət edərsən.” Axı hazırda Azərbaycanda kişilər 65 yaşdan əmək pensiyasına çıxırlar. 2006-cı ildən səhhətimdə yaranan problemlərlə bağlı əmək fəaliyyətini davam etdirə bilmədim. Tromblaşma xəstəliyim olduğuna görə. İndi məndən tələb edirlər ki, sənin social kartın yoxdur. Get kart al. Nazirliyin idarəsi təqdim etdiyim əmək kitabçama inanmır. Deyirlər ki, get işlədiyin bütün idarə və müəsssələrdən arayış gətir təqdim et ki, sən həqiqətən əmək kitbaçasında qeyd edildiyi kimi həmin idarələrdə işləmisən. Doğrudur, bir neçə idarədən belə bir arayış ala bilsəm də əsas iş yerim olan Azərbaycan Dəmir Yolları İdarəsindən belə arayışı alıb gətirə bilmədim. İdarədən dedilər ki, bütün sənədlər it bata düşüb. İndi bu qoca və xəstə vaxtımda qalmışam mat məhətəl ki, qapılara düşüb arayışların hamısını toplamaq qeyri-mümkün olub. Axı mən əlimdəki əmək kitabçasını təqdim edirəm ki, ən azı 26-27 il əmək stajına malikəm. Mən möhürlü, imzalı əmək kitabçası təqdim etsəm də baxmaq istəmirlər. Necə olur ki bu vaxta qədər bütün dünya ölkələrində əmək kitabçasına əsasən vətəndaşlar pensiyaya çıxdığı halda bizim ölkədə bu sənədə əhəmiyyət vermirlər? O zaman qoy nazirlik zəhmət çəkib mənim əmək kitabçamı ekspertiza şöbəsinə göndərsinlər. əgər hər hansı saxtakarlıq halı qeydə alınarsa məni ömürlük pensiya hüquqmdan məhrum etsinlər. mən fiziki şəxsəm .Və bəyan edirəm ki, əmək kitabçama edilən qeydlərin mənə heç bir dəxli yodur. Qoy DSMF özü mənim sənədimi yoxlasın Bu onların vəzifə borclarıdır. Məni gedər-gəlməzə salmaqla Nazirlik əməkdaşları sanki oyunbazlıqla məşğuldurlar Və sözün əsil mənasında bürokratiya və süründürməçilk edirlər.

Çox hörmətli cənab Prezident! Hesab edirəm ki, mənim timsalımda digər insanlara qarşı da pensiya təyin olunmasının qarşısını bilərəkdən almış Əmək və Əhalinin Sosial Təminat Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu rəhbərliyi tezliklə qanunazidd hərəkətlərinin qarşısı alınmalı, qanunvericiliyə uyğun olaraq mənə əmək pensiyası təyin olunmalıdır. Odur ki, Sizdən xahiş edirəm qanunvericiliyə uyğun olaraq mənə pensiya təyin olunmasına köməklik göstərəsiniz".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR