Keçid balları aşağı salınacaq? -DİM-dən CAVAB

5-04-2020, 15:52 197 dəfə baxılıb

Keçid balları aşağı salınacaq? -DİM-dən CAVAB


AzEdu.az mütəmadi olaraq təhsil iştirakçılarını maraqlandıran sualları rəsmi qurumlara istinadla cavablayır.

Abituriyentləri maraqlandıran məsələlərdən biri də keçid ballarında dəyişiklik olunacağı ilə bağlıdır.

Dövlət İmtahan Mərkəzi məzunları narahat edən bu məsələyə aydınlıq gətirib. Mərkəzdən verilən məlumata görə keçid ballarını DİM müəyyən etmir. Keçid balı müsabiqə nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR