SOCAR: "Televiziya işçisinə qarşı güc tətbiq edən qaz idarəsi rəisi cəzalandırılacaq"

14-11-2015, 12:55 736 dəfə baxılıb

SOCAR: "Televiziya işçisinə qarşı güc tətbiq edən qaz idarəsi rəisi cəzalandırılacaq"














Rəisin əməli Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən araşdırılır

Televiziya işçisinə qarşı güc tətbiq edən qaz idarəsinin rəisinin əməli Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən araşdırılır. Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
“Həmin faktla bağlı ətraflı araşdırma aparılır və həmin idarənin rəisi müvafiq qaydada cəzalandırılacaq”, - deyə SOCAR-ın mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Cəlilabad Qaz İstismar İdarəsinin rəisi Günəşli Nurəliyev ötən gün “Xəzər TV” nin Cəlilabad bürosunun müxbiri Rəhman Məlikovun ona ünvanladığı sualları cavablandırarkən jurnalistə qarşı güc tətbiq edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR