Keçmiş əməkdaşı Elçin Quliyevi topa tutdu - Qohumbazlıq, şəxsi ambisiya və s.

29-06-2020, 11:32 341 dəfə baxılıb

Son günlər haqqında daha çox yazılan yüksək rütbəli məmur Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyevdir. Müavini-general Əfqan Vəli oğlu Nağıyev-başda olmaqla bir neçə DSX zabitinin həbsi, ardınca bu qurumda baş alıb gedən özbaşınalıqlarla bağlı, nəhayət oğlu Məhəmməd Quliyevə DSX-də xüsusi atalıq qayğısı ilə bağlı məlumatlar ictimai marağı cənab Quliyevə fokuslaşdırdı...

Otən həftə isə yenixeber.org-a DSX-də yaşanan qanunazidd əməllər, eləcə də Elçin Quliyevin rəhbər olaraq idarəçilik prinsipləri ilə bağlı yeni məlumatlar daxil olub. Dövlət Sərhəd Xidmətinin sabiq leytenantı Fərid Əzizlinin müraciətində yetərincə ciddi iddialar sadalanır... Təəssüf ki, bu iddialarla bağlı DSX-dən suallarımıza cavab almaq istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu. Qurumun saytındakı üç telefon nömrəsi ilə günlərlə əlaqə yaratmaq istəsək də cavab verən olmadı.

Aktuallığını nəzərə alıb, Fərid Əzizlinin müraciətini müəyyən ixtisarla dərc edirik:

“Dövlət Sərhəd Xidmətində (DSX), xidmət etdiyim dövürdə şahidi olduğum qanunazidd hallardan söz açacam... DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin əsgərindən, gizirindən, leytenantından, mayorundan da xəbərsiz olması haradasa başadüşülən hal olsa da, yanında oturan generalın korrupsiya əməllərindən xəbərsiz olması onun idarəçilik qabiliyyətini itirməsindən xəbər verir. Buna sübut kimi bir neçə faktı sadalayım... DSX-nin Şəmkir rayonunda yerləşən N saylı hərbi hissəsinin komandiri polkovnik Zaur Qasımovun təkcə 2019-cu ildəki xidməti dövründə baş verən hadislər:
1) 2019-cu ilin mart ayının 7-sindən 8-inə keçən gecə əsgər özünü vurub intihar edir.
2) 2019-cu ilin iyun ayının 14-də Gürcüstanla Azərbaycan arasında baş verən insidentdə 1 gizir və 1 əsgərimiz gürcülər tərəfindən tərksilah olunur.
3) 2019-cu ilin sentyabr ayında daha bir əsgər itkisi baş verir.
4) 2019-cu ilin sentyabr ayının sonuna yaxın daha da faciəli hadisə baş verir. Belə ki, 2 əsgərin arasında qarşılıqlı münasibətlərin pozulması nəticəsində əsgərlərdən biri öz xidməti avtomatı ilə əsgər yataqxanasına daxil olaraq əsgərləri atəşə tutur. Nəticədə 1 əsgər bir neçə yerdən yaralanır və hadisəni törədən əsgər özünə qəsd edir.



Bu artıq hərbi hissə komandirinin zəif idarəçiliyindən, şəxsi heyətə qarşı biganəçiliyindən düzgün qərarlar qəbul etmək bacarığında olmadığından xəbər verir. Sual ortaya çıxır ki, Elçin Quliyev niyə bu hərbi hissə komandirini işdən uzaqlaşdırmır?

Polkovnik Zaur Qasımovla mübahisəm olan zaman mənə belə bir ifadə işlətmişdi, “mənim qaynım Dövlət Miqrasiya Xidmətində (DMX) generaldı, DSX-nin rəisi daxıl olmaqla DSX-nin rəhbərliyinin qohumları Miqrasiyada işləyir, sən nə qədər şikayət etsən də, Elçin Quliyev mənə heç bir şey edən deyil".

Bu həqiqətən də belədir-DMX-nin generalı Əliyev Elman, DSX-nin polkovniki Zaur Qasımovun qaynıdır. Bunu da bildirim ki, Zaur Qasımovun qanunazidd əməllərinin aşkara çıxmamasında Qazax Hərbi Prokrorluğu da maraqlıdır. Bunu əlimdə olan QHP-a aid olan sənədli sübuta əsasən deyə bilərəm.
Elçin Quliyevin zəif idarəçiliyini göstərən əsas məqamlardan biri də... Artıq 3 ilə yaxındır ki, Qazax sərhəd diviziyası Ermənistanla Qazax rayonu istiqamətində postlarda sərhədləri mühafizə etməkdədir. Bu DSX-nin tarixində ilk olduğu üçün və sərhədçilərin belə ərazidə döyüş aparma qabiliyətini artıqmaq üçün DSX-də uzun müddətdir geniş miqyaslı döyüş taktiki təlimləri keçirilmir.
Sonda DSX-nin artıq mətbuatda daha çox adı hallanan polkovniki Natiq Abuzərlinin general rütbəsi alacağı ilə bağlı demək istərdim ki, mən bunu şayiə olduğunu düşünüb, ilk danışan olmaq istəmədim. DSX-nin saytında yerləşdirilən narkotik qaçaqmalçılığa qarşı xəbərlərin N. Abuzərlinin general almasına dair dəstək xarakteli olması söylənilir. Buradan N. Abuzərliyə sualım var. 04 iyun 2020 ci il tarixdə DSX-nin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir ki, 04 iyun 2020-ci il tarixində dövlət sərhədinin pozulmasına yönələn təxribat xarakterli hərəkətlərin planlaşdırıldığına dair məlumatlar əldə olunmuşdur. Azərbaycan Respublikası DSX-nin Gürcüstan Sərhəd Mühafizəsi ilə qarşılıqlı həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan–Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində təxribat xarakterli hər hansı hadisə qeydə alınmamışdır.

Lakin bu təxribat 2019-cu ilin iyun ayında baş verdi. Sualım budur ki, N. Abuzərli, 2019-cu ilin iyun ayında bu təxribat barədə məlumat əldə edib, baş vermiş insidentin qarşısını almaq olmazdımı?

Məlum olduğu kimi Dövlət Sərhəd Xidmətinin idarəçiliyində əsas yeri qohumbazlıq tutur... Polkovnik Natiq Abuzərli də bu məsələdə geri qalmayıb. Çox böyük ehtimalla Natiq Abuzərlinin general rütbəsi almasında köməklik edəcək insanlardan biri də prezidentin keçmiş hərbi işlər üzrə köməkçisi Vahid Əliyev olacaqdır. Çünki Natiq Abuzərli, Vahid Əliyevin bacısı olan DSX-nin polkovniki Zərifə Əliyeva ilə qudadırlar”.

Redaksiyadan: Qarşı tərəfin cavab haqqını tanıyırıq.
GundemXeber.Az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR