Günahsız gənci həbs edən müstəntiq işdən çıxarılıb

5-10-2016, 11:19 271 dəfə baxılıb

Günahsız gənci həbs edən müstəntiq işdən çıxarılıb

Daxili İşlər Nazirliyi Xətai rayonu 37-ci polis bölməsində işgəncəyə məruz qaldığını, günahsız olaraq 1il müddətinə Kürdəxanı təcridxanasında saxlanıldığını bildirən Bakı şəhər sakini Araz Orucovla bağlı məsələyə dair yeni açıqlama verib.


Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bu məsələ ilə bağlı bildirib:


“Bir sıra saytlarda və xəbər portallarında Bakı şəhər sakini Araz Orucovun törətmədiyi cinayəti polis bölməsində guya fiziki təzyiq nəticəsində boynuna götürməsi barədə səsləndirdiyi iddiaların heç bir hüquqi əsası yoxdur.


Araz Orucovun bəhs etdiyi cinayət işi Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə başlanıb. Hadisənin törədilməsində şübhəli bilinənlərin-Araz Orucovun və Elvin Qarayevin ilkin etirafedici ifadələri, ifadələrinin yerində yoxlanması protokolları və bu zaman çəkilmiş fotoşəkilər, həmçinin zərərçəkmiş şəxslərin ifadələri əsasında 10 may 2015-ci il tarixdə müstəntiq tərəfindən Araz Orucov Cinayət Məcəlləsinin 181.2.1. və 181.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub. Ona həmin maddələr ilə ittiham elan edilərək Xətai rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.


Yeri gəlmişkən, Elvin Qarayev və qardaşı Elsevər ötən ilin fevralın və mayın əvvəllərində Xətai rayonu ərazisində digər quldurluq və oğurluq hadisələri də törədiblər. Lakin istintaqın sonrakı mərhələsində qeyd olunan quldurluq faktı üzrə Elvin Qarayevin və Araz Orucovun əməlində cinayət tərkibi müəyyən edilmədiyi, həmin epizodlar üzrə onlara elan olunmuş ittihamların sübuta yetirilmədiyi məlum olub. Bu səbəbdən baş müstəntiq R.Almazovun qərarı ilə A.Orucov barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilib və o, həbsdən azad olunub, Elvin və Elsevər Qarayevlərin CM-nin oğurluq maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi isə baxılması üçün Xətai rayon məhkəməsinə göndərilib. Yazılanların əksinə olaraq, A.Orucuvun təqsirli bilindiyi cinayəti hələlik açmaq mümkün olmadığından bu işdə kimlərinsə tutulması barədə səslənmiş fikirlər də həqiqətdən uzaqdır. Təbii ki, iş olan yerdə nöqsan da olur. Əməliyyat-xidməti və istintaq fəaliyyəti də bu baxımdan istisna deyil. Elə DİN rəhbərliyinin ciddi nəzarəti və tələbkarlığı nəticəsində insan hüquqlarını pozan, xidməti vəzifələrinə səhlənkar yanaşan hər il neçə-neçə əməkdaş intizam məsuliyyətinə cəlb edilir, DİO-dan xaric edilməyərək sərt şəkildə cəzalandırılır. Onlardan biri də Xətai RPİ-nin adıçəkilən müstəntiqidir. İşdə yol verdiyi ciddi nöqsanlara və digər xidməti qəbahətlərə görə baş müstəntiq Raciv Almazov Nazirliyin rəhbərliyi tərəfindən tutduğu vəzifədən azad edilib.

Vüsalə Quliyeva


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR