Qabiliyyət imtahanına görə rüşvəti iki qat artıran Fuad Hacıyevi kim “uçuracaq”?

16-10-2020, 09:15 305 dəfə baxılıb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası respublikamızda fəaliyyət göstərən digər ali təhsil müəssisələrindən fərqlənir. Digər ali təhsil ocaqlarında təhsil almaq üçün yaxşı biliyə sahib olmaq lazımdırsa,burada söylədiyimiz savada malik olmaq o qədər də vacib deyil. Bu elə sözügedən təhsil müəssisəsinə qəbul olunmaq istəyənlər üçü Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş keçid balından da aydın olur. Adından da göründüyü kimi burada daha çox fiziki güc lazım olunur. Burada idmanın bir çox növlərindən təhsil alan tələbələrin böyük əksəriyyəti orta məktəblərdə o qədər də uğur qazana bilməyənlərdir. Nazirlər Kabinetinin qərarına əsasən beynəlxalq turnirlərin qalibləri bu akademiyaya imtahansız qəbul olunurlar.Qalan tələbələrin göstəriciləri isə məlum olmur.İdman Akademiyasını bitirənlərin böyük əksəriyyətı isə sonralar polis sistemində işləməyə üstünlük verirlər.

Sözügedən təhsil ocağında Millət Vəkili Ağacan Abıyevin rektor olduğu dönəmlərdə də neqotiv hallar kifayət qədər mövcud olub. Lakin Ağacan Abıyevin ictimaiyyət arasındakı nufuzu problemlərin qabardılmasınin hardasa qarşısını alırdı.

Ağacan Abıyevin yerinə təyin olunan Fuad Hacıyev gələndən bu Akademiyada baş verənlər absurd hal alıb.

Qafqaz.tv xəbər verir ki, 2006-2015-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışmış Fuad Hacıyev Akademiyaya təyinat alanda orta imkanlı, adi bir məmur idi.

Az müddət ərzində hər cür şəraitə yiyələnib, bahalı maşınlar, mülklər, obyektlər.

Görsəsən bu boyda var-dövləti az zamanda necə əldə etmək olar?

Əslində çox asan. Fuad Hacıyev də işə başlar,başlamaz ilk olaraq Ağacan Abıyevdən qalma kadrları sıxışdırmağa başlayıb. Müəllimlərin bir çoxunun dərs saatları azaldılıb və sabiq rektorun dövründəki ənənəni, yəni müəllimlərin də dolanışıq yolunu kəsərək hər şeyi öz əlində cəmləşdirib. Amma işin ən təhlükəli tərəfi odur ki, akademiyada rüşvət hələ də açış şəkildə yığılmaqdadır. Fuad Hacıyev artıq bütün dekanlıqlara «haqq» qoyub. Bəhanəsi də, guya, kimlərinsə ondan haqq istəməsidir. Maraqlıdır,görəsən Fuad Hacıyevdən haqqı kim tələb edir? Bəlkə ondan haqq tələb edən Gənclər və İdman Naziri Azad Rəhimovdur?

Məlumatlara görə rektorun qeyri rəsmi göstərişlərinə əsasən Akademiyada imtahan zamanı fiziki cəhətdən güclü idmançılar digər fənnlərlə sınağa çəkilir,amma digər fənnlərdən yüksək bal toplayanlar isə, qabiliyyət imtahanlarında sınağa çəkilirlər ki, bu da ikitərəfli qazanc deməkdır. Məlumatlara görə rektorun qeyri rəsmi göstərişlərinə əsasən Akademiyada imtahan zamanı fiziki cəhətdən güclü idmançılar digər fənnlərlə sınağa çəkilir,amma digər fənnlərdən yüksək bal toplayanlar isə, qabiliyyət imtahanlarında sınağa çəkilirlər ki, bu da ikitərəfli qazanc deməkdır.

Qabiliyyət imtahanı Ağacanovun vaxtında 3 min manata qədər idisə, indi qiymət ən azı ikiqat artıb. Yəni 6-7 min arasıdır. Xüsusi hallarda bu qiymət 18 minə kimi qalxa bilir.

Tanınmış jurnalist Taleh Şasuvarlı məhz qabiliyyət imtahanı ilə bağlı yazdığı hələ yaddaşlardadır:

“Qardaşım Mövsüm Novruz oğlu Şahsuvarov dünən Bədən tərbiyəsi və İdman Akademiyasında qabiliyyət imtahanı verib. İmtahan zamanı qaçış, məsafəyə tullanmaq və turnikdə dartınmaq üzrə üç normativ olub. Qaçış və məsafəyə tullanmaq üzrə normativlərin hər biri üzrə qardaşım müvafiq olaraq ilk və ikinci yeri tutub. Turnikdə isə normativ sayılan 11 dəfədən dəfələrlə çox çəkinib. Ancaq bu gün məlum olub ki, Mövsüm qabiliyyət imtahanından keçməyib. Mən digər valideynlərlə yanaşı Akademiyanın həyətində gözləyirdim. Orada açıq bazar söhbətləri gedirdi.

İndi o “açıq bazarı rektor Fuad Hacıyevin başına uçurtmaq mənə borc olsun. “


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR