Koronavirusun bitəcəyi tarix bəlli oldu - AÇIQLAMA

6-11-2020, 20:42 174 dəfə baxılıb

Xəbər verdiyimiz kimi noyabrın 5-də Azərbaycanda koronavirusa 1364 yeni yoluxma faktı qeydə alınıb, 768 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 14 vətəndaşımız isə dünyasını dəyişib. Bu gün hər kəsi maraqlandıran məsələ bütün dünyanı cənginə alan koronavirus kabusunun nə zaman bitəcəyidir.

KONKRET.az-ın bununla bağlı sualını cavablandıran dosent Ədalət Rüstəm bildirib ki, bu gün yoluxma sayı iki mini keçib: “Hesab edirəm ki, təcili olaraq aprel ayındakı karantin rejiminə qayıtmalıyıq. Çünki vətəndaşlarımıza dəfələrlə xəbərdarlıq edilsə də, Operativ Qərargah tərəfindən verilən tövsiyələrə əməl etmirlər. İnsanların sıx toplaşdığı müəssisələr, kafe və restoranlar yenidən bağlanmalıdır. Təcili tədbirlər görülməsə, gündə ölüm sayı 40-50-yə qədər yüksələ bilər”.

Ədalət Rüstəm vurğulayıb ki, virus getdikcə yumşalmağa doğru gedir: “Çox güman ki, mart-aprel ayına bu virus bitə bilər. Bu işlə məşğul olanlar, böyük laboratoriya bu virusun mart-aprel ayında azalmasını və bitməsini proqozlaşdırırlar”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR