Yaşlı ər-arvad ölkədən niyə didərgin düşdü?

8-12-2015, 14:25 707 dəfə baxılıb

Yaşlı ər-arvad ölkədən niyə didərgin düşdü?
























Oqtay Talıbov və Raidə Talıbova səhhətləri ilə bağlı apardıqları mübarizəyə görə təhdid olunduqlarını deyirlər

Son dönəmlər ölkəni tərk edib, xarici ölkələrə sığınan həmyerlilərimizin sayı xeyli artıb. Redaksiyamız xəbər verir ki, bu artan mühacirlərin ölkəni tərk etmələrinin səbəbi isə bəzən siyasi məsələ olsa da, bir çox hallarda sosial problemlər də vacib amil kimi çıxış edir.

Dünənlərdə isə məlum olub ki, Azərbaycanı tərk edib, Avropa ölkələrinə sığınanların sayı daha iki nəfər artıb. Lakin həmin şəxslərin ölkəni tərk etmələrinin səbəbi olduqca qəribə bir haldır. Oqtay Talıbov və Raidə Talıbova iki yaşlı ər-arvaddırlar. Ürək xəstəliyindən əziyyət çəkən Oqtay Talıbov bir müddət əvvəl insult keçirib. Raidə xanımın isə qara ciyərində problemləri var və xeyli müddətdin onun müalicəsi üçün çalışır. Lakin ər-arvad üzləşdikləri çətinliklərdən yaxa qurtarmaq üçün yetərli qədər maddi imkana sahib olmayıblar. Bu səbəbdən də doğru müalicə ala bilmək üçün rəsmi qurumlara müraciət ediblər.

İlk öncə Səhiyyə Nazirliyinə edilən müraciətləri cavabsız qalıb. Ardından isə Prezident Admnistrasiyasına müraciət edərək, onlardan kömək istəyiblər. Lakin məsələdən xəbər tutan hüquq-mühafizə orqanları Raidə və Oqtay Talıbovları çağıraraq, onlardan sakit oturmağı tələb ediblər. Yəni, heç kimə şikayət etməməyi istəyiblər. Əks təqdirdə, şərləyərək həbs edə biləcəkləri barədə xəbərdarlıq ediblər.

Redaksiyamıza daxil olan məlumata görə, Talıbovlara edilən təzyiqlər bu minvalla artmağa başlayıb. Hətta iş o yerə çatıb ki, yaşlı ər-arvad ölkədə yaşamağın onlar üçün təhlükəli olduğunu dərk etməyə başlayıblar. Və bu səbəbdən də noyabrın əvvəllərində ölkəni tərk edərək, Avropaya sığınıblar.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR