ANS-dən şok: Xoşqədəmin bu verilişini də bağladı

12-12-2015, 14:04 639 dəfə baxılıb

ANS-dən şok: Xoşqədəmin bu verilişini də bağladı










Xoşqədəm Hidayətqızının müəllifliyi ilə efirə gedən “Deməsək olmaz” verilişi gələn həftədən etibarən ANS-in efirindən çıxarılacaq

Bu barədə axar.az-a ANS Şirkətlər Qrupundakı etibarlı mənbədən məlumat veriblər. Mənbənin sözlərinə görə, bu gün bağlanan 5 veriliş və bağlanması gözlənilən verilişlər ANS-dəki efir dəyişikliyi ilə bağlıdır.

Belə ki, ANS ölkənin ilk müstəqil yayım şirkəti olaraq öz mövqeyini qorumaq və ciddi xəbər kanalı funksiyasını yerinə yetirmək, həmçinin analitik tok-şoular, intellektual müzakirələr məkanına çevrilmək niyyəti ilə böyük layihələrə start verib.

Gələn həftədən başlayaraq ANS-in efirində tamamilə yeni verilişlər və yeni simalar görmək mümkün olacaq.

Qeyri-rəsmi məlumata görə, Xoşqədəm Hidayətqızına “Xoşqədəmlə axtarıram səni” verilişini tam yeni formatda, sosioloq və psoxoloqların iştirakı ilə yüksək səviyyədə, şoudan kənar bir təqdimatla efirə qaytarmaq təklifi də edilib. Tanınmış aparıcının hazırda bu layihəni gerçəkləşdirmək imkanları müzakirə olunur.

Həmçinin, vaxtilə ANS-in efirində böyük reytinqi olan, sosial-ictimai müzakirələri ilə yaddaşlarda qalan verilişlərin də fərqli və daha geniş formatda efirə qayıdacağı gözlənilir.

ANS Şirkətlər Qrupunun bu hazırlıqları “gizli” aparmasına gəlincə, mənbənin sözlərinə görə, bütün prosesin, yeni layihələrin və format dəyişikliyinin ictimaiyyətə açıqlanmadan aparılmasının səbəbi şirkətin layihə sirrini qoruması ilə bağlıdır. Anons edilmədən layihələrini gerçəkləşdirmək istəyən ANS Şirkətlər Qrupu qısa müddətdə tam efir dəyişikliyi ilə sürpriz hazırlayır.

Qeyd edilir ki, artıq bir çox layihələrin çəkilişlərinin aparıldığı və proses icra mərhələsində olduğu da bildirilir..

Xatırladaq ki, bu gün ANS 5 verilişini – “Şoubiz”, “İç Xəbər”, “İtibucaq”, “Düzbucaq” və “Xəbərsizsiniz” verilişlərini efirdən çıxarıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR