Yol polisi qaydanı niyə pozur - Video

20-04-2021, 09:10 203 dəfə baxılıb

Yol hərəkəti qaydalarına riayət etmək hər bir şəxsin borcudur. Hətta xüsusi qaydada əməliyyat yerinə yetirməyən yol polisləri belə, yolda sayrışan işıq siqnalları ("miqalka") söndürmüş halda hərəkət edirlərsə, bu zaman adi sürücü kimi yol hərəkəti qaydalarına əməl etməlidirlər.

Amma təəssüf ki, çox zaman yol polisi əməkdaşlarının hətta qeyri-iş zamanı belə, "xüsusi imtiyazlı şəxs" kimi qaydaları pozmasının şahidi oluruq.

Sürücülər belə hallara rast gəlindikdə qayda pozan yol polisləri ilə bağlı kimə şikayət edilməli olduğunu soruşurlar.

Ekspertlərin sözlərinə görə, yol polisi qaydaları pozarsa, bu zaman hadisənin şahidi olan istənilən sürücü 102-yə zəng edib yol polisinin qayda pozması ilə bağlı məlumat verə bilər.Bir şərtlə ki, sürücünün əlində sübut olsun. Bu zaman həmin yol polisi cəzalandırıla bilər.

"Yol polisi digər nəqliyyat vasitələri ilə müqayisədə nisbətən çox üstünlüyə malikdir. Sürücünün avtomobili saxlayıb DYP-yə irad tutmağa ixtiyarı yoxdur. Eyni zamanda, digər sürücünün qanunu pozmasına da irad bildirə bilməz. Hər bir yol iştirakçısının öz hüquq və vəzifələri var. Amma sürücünün baş verən qanun pozuntusunun şəkil və ya videosunu çəkib aidiyyəti orqanlara təqdim etmək hüququ var. Bu zaman qanun pozan yol polisi cəzalana bilər.

REALXEBER.ORG saytının əməkdaşı qeydə aldığı video 19.04.2021-ci il tarixdə Zahid Xəlilov küçəsindən Yasamal parkına çıxan yolda çəkilib. Gördüyünüz kimi yol polisi xidməti avtomobili yola əks istiqamətdə saxlayıb. Adi avtomobil olsa sürücüyə cərimə gələrdi.

 

 
Paylaş


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR