Azərbaycanda koronavirus qadağaları: Nələr hələ də qüvvədədir? - TƏFƏRRÜAT

8-05-2021, 15:07 134 dəfə baxılıb

Yeni növ koronavirus pandemiyası demək olar ki, 2 ilə yaxındır bütün dünya gündəmini dəyişib.

Artıq bir çox ölkələr yeni qaydalarla, hətta qadağalarla yaşamağa öyrəşib. Maska, şəxsi gigiyena vasitələri, sosial məsafə qaydalarına riayət etmək gündəlik vərdişlərimizdən birinə çevrilib.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda ilk koronavirusa yoluxma halı 2020-ci il 28 fevralda qeydə alınıb. Mart ayının 24-dən etibarən isə virusun yayılma dinamikasından asılı olaraq ölkə ərazisində bəzən sərt, bəzən də yumşaldılmış karantin rejimi tətbiq edilir.

Son olaraq Nazirlər Kabinetinin qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılıb.

Hazırda Azərbaycanda koronavirusla mübarizə çərçivəsində hansı qadağalar var?

Cebhe.info mövzu ilə bağlı araşdırmanı təqdim edir.

Hazırda karantin rejimi müddətində ölkə üzrə aşağıdakı məhdudiyyətlər qüvvədədir:

*Qərara əsasən, 1 iyun tarixinə qədər paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyatın həftə sonu fəaliyyəti qadağandır. Eyni zamanda, qeyri-iş günlərində də ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

*Dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinə icazə verilmir.

**İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.

*Kafe və restoranlarda 5 nəfərdən artıq şəxslərin (yaxın qohumlar istisna olmaqla) əyləşməsi qadağandır.

*Toy, nişan, ad günü kimi insanların kütləvi toplaşdığı məclislərin təşkili qadağandır.

*Tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağandır.

*İdman, sağlamlıq-bərpa üzrə xidmətlər dayandırılıb (bu sahədə tibbi xidmətlər istisna olmaqla).

*Nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılıb.

*Massaj və hamam xidmətlərinin göstərilməsi qadağandır.

*Hazırda koronavirusa yoluxma hallarının qarşısını almaq üçün ictimai nəqliyyata, eləcə də qapalı məkanlara maskasız daxil olmaq qadağandır. Eyni zamanda açıq hava şəraitində maska taxmaq məcburidir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR