"Toylar açıq havada keçirilməli, restoranların işi məhdudlaşmalıdır"

6-08-2021, 19:54 230 dəfə baxılıb

"Toylar açıq havada keçirilməli, restoranların işi məhdudlaşmalıdır""Ən çox virusa yoluxma halları iaşə müəssisələrində olur. Toylarda da yoluxma baş verir. Bu da toyların pandemiya ilə əlaqədar formatının pozulması ilə bağlıdır".

Cebhe. info xəbər verir ki, bunu professor Adil Qeybulla artıq neçə gündür ki, yoluxma rəqəmlərinin minə yaxınlaşması fonunda virusla mübarizədən bəhs edərkən deyib:

"Hesab edirəm ki, biz bu virusa xeyli öyrəşmişik və vaksinasiyanı intensivləşdirmək, həmçinin karantin qaydalarını gözləmək lazımdır. Qapalı mühitdə çox sayda iştirakçı ilə toyların keçirilməsi ümumi işə ziyan vurur, yoluxmanı artırır. Ona görə də gərək toyların açıq havada keçirilməsinə qərar verilə bilər".

ProfessorAdil Qeybulla axşamüstü açıq havada toyların keçirilməsinin pandemiya ilə mübarizdə daha effektli metod olacağını açıqlayıb:

"Pandemiyaya uyğun toy formatı seçilməlidir. Epidemiya şəraitində 500 nəfərlik , hətta 1000- nəfərdən çox adamın iştirakı ilə toylar keçirilib. Bu nə deməkdir, nə biabırçılıqdı? Belə yalnış təsəvvürlə biz hara gedə bilərik ki? Ona görə də müvafiq strukturlar məsuliyyət daşıyır. Onların yəqin marağı var ki, bu gün belə tədbirlərin keçirilməsinə göz yumurlar".

Adil Qeybulla hesab edir ki, restoran şəbəkələrinin işi müəyyən qədər məhdudlaşdırılmalıdır:

"Belə məkanlarda da format seçilməlidir. Biz mümkün qədər təmasların məhdudlaşdırılmasına çalışmalıyıq. Qapalı yerlərdə maska istifadə edilməsi, qayda - qanuna uyğun davranılması mühüm şərtdir. Ən azı yolxumanı azaldar. Vaksinasiyanı intensivləşdirmək lazımdır. Təəssüflər olsun ki, insanlar vaksinasiyadan qaçır, yalançı sertifikat alırlar. Bilirsiniz ki, bu cür hallar var. Bütün bunlar hamısı qaydaya salınmalıdır. Digər məsələlər isə epidemioloji vəziyyətə uyğun olacaq".

Qeyd edək ki, avqust ayının 10-u Azərbaycanda Məhərrəmlik ayı başlayır. Bununla da toyların keçirilməsinə fasilə veriləcək.

Şəlalə Babayeva
Cebhe. info


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR