Siyəzən mədəniyyət və turizm sahəsi məhv edilir – ÖZƏL

2-02-2016, 13:53 664 dəfə baxılıb

Siyəzən mədəniyyət və turizm sahəsi məhv edilir – ÖZƏL














Şöbənin müdiri isə bir sıra dekorativ məqsədli tədbirlər keçirməklə rəhbərliyin gözünə girmək istəyir

Siyəzən rayonunda mədəniyyət və turizm sahəsi özünün tənəzzül dövrünü yaşayır. Rayon Mədəniyyət və Turizm Şöbəsinin rəhbərliyi sözün həqiqi mənasında dekorativ işlərlə məşğul olaraq, rəhbərliyin gözünə girmək istəyir.

Məlumatlarda vurğulanır ki, şöbənin rəhbərliyi indiyə qədər keçirilmiş tenderlərdə saxtakarlıqlar etdiyi üçün işlərini ört-basdır etməyə də çalışır. Lakin ortadakı məbləğin kiçik olmaması onun işlərini xeyli çətinə salıb. Məsələn, şöbəyə avadanlığın satın alınması üçün ayrılmış 8480 manatın taleyinə hələ də aydınlıq gətirilməyib.

Bundan başqa, bərk inventarların satın alınması üçün ayrılmış 15029 manatın da taleyi müəmma olaraq qalır. Paralel olaraq digər maşın və avadanlıqların satın alınmasına da ayrılmış 12900 manatın aqibəti ilə bağlı sualların da açıq qalması şöbə müdirinin əsas problemlərindən biri sayılır.

Qeyd edək ki, sosial obyektlərin cari təmiri işlərinin satın alınmasına ayrılmış 10221,9 manatın da taleyi qaranlıqdır. Ona görə ki, rayonda bu şöbədə heç bir təmir işləri aparılmayıb. Ayrılmış pulların da hara xərcləndiyi məlum deyil.

Qarşı tərəfi də dinləməyə hazırıq. demokratiya.info


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR