Cəlilabadda yol polisi əməkdaşının rüşvət iddiası nə ilə nəticələndi?

6-03-2016, 21:56 828 dəfə baxılıb

Cəlilabadda yol polisi əməkdaşının rüşvət iddiası nə ilə nəticələndi?











Ramiz adlı yol polisi əməkdaşının Anar Ağammədov adlı sürücüdən dirəniş göstərərək 50 manat rüşvət tələb etməsi, açıq-aydın şəkildə onu söyləməyə əsas verir ki, Nazim İsmayılovun rəhbərlik etdiyi qurumda rüşvətxorluq, anarxiya, özbaşınalıq, bir sözlə hər cür qanunsuzluq tüğyan etməkdədir

Azərbaycan polisi dövlətçiliyimiz əleyhinə yönəlmiş cinayətkar qəsdlərin, qeyri-konstusion əməllərin, vətəndaş qarşıdurmasının, kütləvi və mütəşəkkil cinayətkarlıq təzahürlərinin, cəzasızlıq mühitinin aradan qaldırılmasında hər zaman önəmli xidmətlər göstərmişdir. Əlamətdar haldır ki, daxili işlər orqanlarının şəxsi heyyəti, bütün bu kimi proseslərdə Azərbaycan xalqının, hər bir vətəndaşının, Azərbaycan dövlətinin maraqlarını, özlərinin vətəndaşlıq borclarını və xidməti mənafeyini hər şeydən üstün tutmuşdur.

Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri


Cəlilabad yol polisi şöbəsində qanun-qaydanın tapdaqlar altına atılması barədə, xeyli müddət bundan əvvəl də, informasiya mərkəzimizə silsilə məlumatlar daxil olmuşdur. Daxil olan məlumatların, yəni yol polisi əməkdaşlarından bəzilərinin sürücülərə qarşı bəslədikləri kobud davranışların, saxta protokollar tətbiq etmələrinin, bir sözlə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə məhəl qoymamalarının araşdırılmasına, sadəcə olaraq bir qədər zaman tələb olunurdu. Amma, bir-iki gün bundan öncə Masallı rayonu Ərkivan kənd sakini Ağammədov Anar Zakir oğlunun informasiya mərkəzimizə ünvanladığı şikayət ərizəsində qeyd etdikləri daha çox diqqətimizi cəlb etdiyindən, o halda bilib başa düşdük ki, bu gün Cəlilabad yol polisi şöbəsində haqq-ədalət, ümumiyyətlə “qeybə çəkilib”.

Baş verən olayla bağlı Anar Ağammədov yazır ki, “20 fevral 2016-cı il tarixdə saat təqribən 11 radələrində idarə etdiyim “Kamaz” markalı, dövlət qeydiyyat nişanı 44 BF 979 nəqliyyat vasitəsilə, Cəlilabad rayon Polis Şöbəsinin qarşısından keçib rayonun mərkəzi ərazisinə yük (üzlük aqlay daşları) aparırdım. Həmin vaxt yol polisi şöbəsinin Ramiz adlı əməkdaşı məni saxlayıb bildirdi ki, “sən yol hərəkəti haqqında qanunun tələblərini pozmusan, 50 manat pul ver ki, sənə protokol yazmayım” dedikdə, mən ona iradımı bildirdim və istədiyi rüşvəti də ona vermədim. Çünki, hərəkət etdiyim yoldan əlavə alternativ yol olmadığı üçün, “yük avtomobillərinin girişi qadağandır” nişanəsini qoyulduğu yolla hərəkət etməyə məcbur idim. Buna səbəb həm də o idi ki, yük avtomobillərinin girişi qadağan olunmayan yollarda, şəhərin kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı qazıntı işləri aparılırdırdı. Amma, Ramiz adlı yol polisi əməkdaşı aparılan qazıntı işləri ilə bağlı ümumi vəziyyəti nəzərə almadı və mənimlə olduqca qərəzli davranıb “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsini tətbiq etməklə, yəni “yük avtomobillərinin girişi qadağandır və hərəkəti qadağandır” yol nişanələrinin tələblərinin pozulması barədə protokol tərtib edib, mənə 60 manat cərimə və 3 bal da yazdı. Belə bir yanaşmanın varlığı da, ciddi qanun pozuntusu oldu. Çünki, hərəkətdə olduğum yerdə yalnız “yük avtomobillərinin girişi qadağandır” nişanəsi qoyulsa da, yol polisi əməkdaşı kefi necə istədi, elə o qayda da hərəkət etdi. Belə bir qanun pozuntusuna yol verən sürücü əslində 40 manat cərimə olunmalı olduğu halda o, “yük avtomobillərinin girişi qadağandır və hərəkəti qadağandır” yol nişanələrinin tələblərinin pozulması barədə protokol tərtib etməklə, mənə 60 manat cərimə və 3 bal da yazdı.

Təəccüb doğuran hal o oldu ki, Ramiz adlı yol polisi əməkdaşının qanunsuzluğa söykənən hərəkət və davranışlarından, yəni “sən Masallıdansan, sənə protokol yazılmalıdır” yanaşması barədə şöbənin rəisi Nazim İsmayılova şikayətimi bildirdikdə o, “nə olsun ki, deyib, gedin barışın, problemi yoluna qoyun” deyərək, yol polisi əməkdaşının mövqeyini müdafiə etdi”.

Bütün bunlar bir daha onu söyləməyə əsas verir ki, Nazim İsmayılov rəhbərlik etdiyi şöbədə qanunun tələblərini deyil, birbaşa qanunsuzluğun tələblərini müdafiə etməkdədir. Çünki, şöbə rəisi olaraq o, Ramiz adlı yol polisi əməkdaşının Anar Ağammədova tətbiq etdiyi saxta protokolla bağlı araşdırmanın aparılmasına göstəriş verməli olduğu halda, əksinə onun mövqeyinin müdafiəçisi rolunda çıxış edib. Belə bir yanaşmanın varlığı da, yəqin ki, yol polisi əməkdaşlarının digər sürücülərə qarşı yeni-yeni qanunsuzluqlara qol qoymalarına səbəb olacaq.

Baş verən olay barədə bir qədər araşdırma apardıqda o da bəlli oldu ki, Cəlilabad Yol Polisi Şöbəsində əməlli-başlıca “hansı rayondansan” amil qabardılır. Baş verən olaylar barədə informasiya mərkəzimizi məlumatlandıran digər sürücülərin də danışıqları, bizim üçün olduqca əhəmiyyət kəsb etdiyindən, problemlərin varlığına diqqətlə yanaşdıq. Son anda belə bir qənaətə də gəldik ki, yol polisi əməkdaşı tərəfindən “sən Masallıdansan, sənə protokol yazılmalıdır” amili qabardılırsa, yəni digər rayonlardan olan sürücülər saxlanıb hansısa formada incidilirsə, bu cür addımların atılması heç cür yolverilməzdir. Yəqin ki, BDYPİ-nin rəhbərliyi problemlərin varlığı ilə bağlı məlumat əldə etdikdən sonra, yaşanan olayların mahiyyətini diqqətdə saxlayıb, lazımi addımlarını da atacaq. Çünki, o hala da inanırıq ki, cənab Ramiz Zeynalovun rəhbərlik etdiyi qurumda bu cür əndazənin aşılması, nəinki strateji əhəmiyyət kəsb edən bir qurumun, hətta onun nüfuzuna da olduqca xələl gətirəcək.

Açıqlamada qeyd olunanlarla bağlı, qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Azərinfo.az


Cəlilabadda yol polisi əməkdaşının rüşvət iddiası nə ilə nəticələndi?
Cəlilabadda yol polisi əməkdaşının rüşvət iddiası nə ilə nəticələndi?
Cəlilabadda yol polisi əməkdaşının rüşvət iddiası nə ilə nəticələndi?
Cəlilabadda yol polisi əməkdaşının rüşvət iddiası nə ilə nəticələndi?


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR