Ağdamlılar mükafat ayırdılar: DEPUTAT AXTARIŞA VERİLDİ

14-03-2016, 14:42 708 dəfə baxılıb

Ağdamlılar mükafat ayırdılar: DEPUTAT AXTARIŞA VERİLDİ











Rayon camaatı Bəxtiyar Sadıqovu tapana dana hədiyyə verəcəklər

Ağdam camaatı üzləşdikləri problemlərdən dolayı şikayət etmək istədikləri deputatları Bəxtiyar Sadıqovu tapa bilmirlər. Artıq 10 ildir üzünü görmədikləri millət vəkilinin harada qəbul keçirdiyi, nə zaman seçiciləriylə görüşdüyünü bilən də yoxdur. Ona görə də, ağdamlılar konkret addım atmaq qərarına gəliblər.

Redaksiyamıza xəbər verən rayon camaatı bildiriblər ki, Ağdamdan deputat seçilmiş Bəxtiyar Sadıqovla bağlı axtarış veriblər. Həmin axtarışın nəticəsi olaraq, deputatı tapana mükafat da vəd olunub. Camaat mükafat olaraq həmin şəxsə dana bağışlamağı düşünür.

Seçicilərdən biri yazır ki, Bəxtiyar Sadıqovu 10 ildir bir dəfə də olsun görməyib. «Görsək də tanımarıq. Çünki heç zaman üzünü görməmişik. Deyirlər, arada bir televizora çıxır. Onda da bizim problemlərimizdən deyil, özünə sərf edən məsələlərdən danışır. Ermənilərin qorxusundan işıqlarımızı da yandıra bilmirik ki, heç olmasa deputatımızın üzünü görüb, tanıyaq».

Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR