Sabiq deputat kimə sadiqdir – Heydər Əliyev kursuna yoxsa Əli Kərimliyə, Cəmil Həsənliyə? (ÖZƏL)

28-04-2016, 19:38 592 dəfə baxılıb

Sabiq deputat kimə sadiqdir – Heydər Əliyev kursuna yoxsa Əli Kərimliyə, Cəmil Həsənliyə? (ÖZƏL)

















“1988-ci ildən Qarabağ hadisələri başlayanda hər bir azərbaycanlı kimi mən də siyasətə qatıldım. Ağdaşda 139 nömrəli seçki dairəsindən namizədliyim irəli sürüldü və 1991-95-ci illərdə Ali Sovetin parlamentində iştirak etdim. O dövrdə Sabirabad rayonunda polis rəisi işləyirdim. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının hüquq komissiyasının sədr müavini kimi fəaliyyət göstərirdim. Həmin dövrün lentlərini elə indi (müsahibə vaxtı) “İctmai kanal”da verirdilər. Siz bilirsiniz ki, o vaxt ölkədə çox ağır bir siyasi vəziyyət yaranmışdı. Bu dövrdə mən də siyasətə atıldım. 1991-ci ilin may ayından Ali Sovetdə deputat oldum. Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün o dövrdə mübarizə apardıq. 1992-ci il mart 2-də keçirilən iclasda çıxış etdim. Bildirdim ki, Heydər Əliyevi hakimiyyətə gətirməliyik. Bununla respublikamız düşdüyü ağır çətin vəziyyətlərdən qurtula bilər. Əlbəttə, o dövrdə belə çıxış etmək çox çətin, qorxulu, həyəcanlı idi. Ancaq mən bunu etdim. Buna görə bu gündə özüm üçün mənəvi cəhətdən rahatlıq tapıram ki, vaxtında düzgün çıxışlar etmişəm.”

Bu sözləri müsahibələrinin birində sabiq millət vəkili Cahangir Hüseynov deyib. 88-ci ildəki ağır vəziyyəıtdən “ürəkağrısı” ilə danışan deputat nədənsə Müstəqillik aktının əleyhinə səs verdiyini deməyib. Sonradan o əleyhinə səs verdiyi müstəqillikdən yenə bəhrələndi, Milli Məclisin deputatı oldu.

Ulu öndər Heydər Əliyev barədə də çox müsahibələr verib, ona olan sadiqliyini bolluca vurğulayıb. Ancaq reallıqda Heydər Əliyev siyasi kursuna düşmən kəsilən Əli Kərimli, Cəmil Həsənli, Rüstəm İbrahimbəyovlara dəstək olub. Aşağıda 2013-cü ildə gedən bir yazıya nəzər salaq:

“Sabiq deputat və polis rəisi Cahangir Hüseynov Milli Şuranın yaranmasını müsbət hadisə hesab edir.

Bu barədə “Yeni Müsavat”a açıqlamasında Cahangir Hüseynov bildirdi ki, Azərbaycanın inkişafını, demokratikləşməsini istəyən insan kimi demokratiyaya xidmət edəcək hər bir təşəbbüsü dəstəkləyir: “Mən artıq xeyli vaxtdır siyasi fəaliyyətimi, demək olar ki, dondurmuşam.

Ancaq ölkəmin gələcəyi əlbəttə ki, məni də düşündürür. Ona görə də istəyirəm ki, Azərbaycanda demokratik təsisatlar, demokratiya inkişaf etsin. Əsas odur ki, demokratiya inkişaf etsin. Bu inkişafı istər indiki hakimiyyət, istər Milli Şura, istər Müsavat eləsin. Ümdə olan Azərbaycanın Avropanın demokratiya inkişaf etmiş dövlətləri səviyyəsində demokratiyaya nail olmasıdır. Mənim amalım demokratiyadır. Kim bu istiqamətdə düzgün gedəcəksə, elə hesab etsin ki, Cahangir Hüseynov onun yanındadır. O cümlədən Milli Şura həqiqətən də demokratiyanın inkişafı üçün çalışacaqsa fikirlərim ona da aiddir”.

Sabiq deputat demokratiya pərdəsi altında başqa məkrli planların iştirakçısı olmasını da xislətinə uyğun aşağıdakı cümlələrlə pərdələmək istəyərək gözə kül üfürürək özünü piasaya başqa prizmadan sırımaq istəsədə hiyləgər planı baş tutmur: ”Bunları Cahangir Hüseynov görüb, saçını ağardıb, bu yolda oğlunu qurban verib, özü ağır xəsarətlər alıb. Ona görə də Azərbaycanın demokratikləşməsi amalından zərrə qədər kənara çıxan heç bir qüvvəni müdafiə etmərəm və hər kəsə də müdafiə etməməyi məsləhət bilirəm”.”

Sabiq deputat hələ də Milli Şura, Əli Kərimli və Cəmil Həsənli kimilərinin yanındadır. Bəs Ulu Öndərə sadiqlik harda qaldı?

Mövzunu diqqətdə saxlayacağıq.

İdeologiya.az

Özəl yazılarda istinad zəruridir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR