Qazaxın yeni icra başçısı kimdir?-İLGİNC MƏQAMLAR

21-05-2016, 13:58 637 dəfə baxılıb

Qazaxın yeni icra başçısı kimdir?-İLGİNC MƏQAMLAR











Rəcəb Babaşovun icra başçısı olmasında Cavid Qurbanovun müstəsna xidmətləri olduğu deyilir

Dünən Prezident İlham Əliyev xeyli müddətdən bəri boş qalmış bəzi postlara yeni təyinatlar edib. Redaksiyamız xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncama əsasən Qazax rayonunun icra başçısı Ayaz Əsgərov Yardımlı rayonuna icra başçısı təyin olunub. Əsgərovun yerini isə adı bir müddət əvvəl qalmaqallı məsələlərə, hətta «MTN işi»nə qarışmış Rəcəb Babaşov gətirilib.
Redaksiyamızın araşdırmalarına görə, Rəcəb Babaşov uzunmüddət Vergilər Nazirliyi Yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəis müavini işləyib. Onun böyük maddi imkanlarının olduğu, xüsusən də Sabirabad rayonunda ciddi qazanc mənbələri yaratdığı vurğulanır. Lakin bütün bunların fonunda sabiq MTN şeft Eldar Mahmudovla yaxın əlaqələrə malik olması da gündəmdə var.
İlk olaraq hazırkı icra başçısının faktiki sərvətinin bir qismi ilə tanış olaq. Qeyd edək ki, Rəcəb Babaşovun Sabirabad rayonunun Qaralar kəndində dəyəri 2 milyon manat olan iqamətgahı var. Bundan başqa, Bayıl qəsəbəsində «Aran» restoranı, eyni adlı kafesi və «077» adlı avtoyuma məntəqələri mövcuddur. Adıçəkilən şəxsin imkanları bununla da bitmir. Redaksiyamız yerli mətbuata istinadən xəbər verir ki, sözügedən şəxsin Fatmeyi kəndində 5 milyon manatlıq villası, Bakıda 4 evi, Türkiyə və Almaniyada illik dövriyyəsi bir neçə milyon dollar olan biznesi, ən ucuz qiyməti 200 min manatdan başlayan və sayı 10-dan yuxarı olan ailə üzvləri üçün aldığı avtomobilləri var.
Bildirək ki, Rəcəb Babaşovun MTN-lə də ciddi əlaqələri olub. Məsələn, onun Eldar Mahmudovla yaxınlığının səbəbi kimi, keçmiş nazirin Bakıda tikdirdiyi villasının yarı xərcinin rəis müavinin çəkməsi göstərilir. Redaksiyamız xəbər verir ki, sözügedən şəxsin Qazax kimi strateji bir rayonu icra başçısı gətirilməsi isə göstərdiyi sədaqətlə bağlı olub.
Belə ki, Babaşovun Mahmudovla yaxın əlaqələrə malik olması, onu bir çox dostları MTN şefindən qorumasına imkan verib. Elə Dövlət Dəmir Yolu İdarəsinin rəisi Cavid Qurbanovun MTN-lə olan toqquşmasında vasitəçi kimi çıxış edən Babaşov, ASC sədrinin canını qurtarıb. Qeyd edilir ki, bir müddət əvvəl ləğv olunmuş nazirliyin başında duranlar Qurbanovu hədəf seçərək, onu bir sıra məsələlərdə ittiham edib, gözdən salmağa çalışırmışlar. İşə keçmiş rəis müavininin qarışmasından sonra bu proses başqa müstəviyə keçib.
Redaksiyamıza daxil olan məlumata görə, rəis müavininin MTN generalları ilə münasibətini Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, hazırda "MTN işi" ilə bağlı həbsdə olan Vidadi Məmmədov yaradıb.
Onu da bildirək ki, Rəcəb Babaşovun Qazaxın icra başçısı olmasında Cavid Qurbanovun müstəsna xidmətlərinin olduğu deyilir. Zamanında göstərdiyi yardımlardan dolayı özünü borclu bilən Qurbanov, rəis müavininə belə yaxşılıq etmək istəyib. Redaksiyamıza məlumat verən etibarlı mənbələr bildiriblər ki, ADDYİ-nin sədri onun icra başçısı olması üçün əlindəki bütün imkanlardan yararlanıb.
Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR