Masallının ən böyük qəsəbəsi qazsız qalıb-ÖZBAŞINALIQ

14-06-2016, 11:29 619 dəfə baxılıb

Masallının ən böyük qəsəbəsi qazsız qalıb-ÖZBAŞINALIQ












Qaz İstismarı İdarəsinin rəisi Seyran Şahverdiyev Ərkivan sakinlərinə 250 min manat cərimə yazıb

Masallı rayonunda mütəmadi olaraq təbii qazla bağlı ciddi problemlər yaşanır. Bunun başlıca səbəbkarı kimi isə yerli Qaz İstismarı İdarəsinin rəisi Seyran Şahverdiyevdir ki, onun bu posta təyinatından sonra vəziyyət daha acınacaqlı şəkil alıb.
Seyran Şahverdiyev bir müddət DSMF-nin Masallı rayon şöbəsində mühasib işləyib. Lakin işdə yol verdiyi nöqsanlara görə, rəhbərlik tərəfindən işdən azad olunub. Özü də elə-belə yox. O işdən çıxarılarkən əmək kitabçasında maddə göstərilib. Həmin maddəyə əsasən Şahverdiyev heç bir dövlət postunda çalışa bilməz.
Lakin mənbələr bildirir ki, keçmiş icra başçısı Qəzənfər Ağayevlə anlaşan Şahverdiyev, onun «boğazını yaşladıqdan» sonra Masallı Qaz İstismarı İdarəsinin rəisi təyin olunur. Elə bununla da rayon camaatının qara günləri başlayır.
Rayon sakinlərinin redaksiyamıza verdiyi məlumata görə, Masallının ən böyük qəsəbəsi olan, əhalisi 20 minə yaxın Ərkivan camaatı artıq 5 gündür təbii qazsız qalıb. Bunun səbəbi isə rayon Qaz İstismarı İdarəsinin rəisi Seyran Şahverdiyevin qəsəbə sakinlərindən 250 min manat tələb etməsidir. Daha doğrusu, o, heç bir səbəb və arqument göstərmədən qəsəbə camaatının dövlətə 250 min manat «borclu» olduğunu, habelə həmin pul ödənilmədiyi təqdirdə evlərə mavi yanacağın verilməyəcəyini bəyan edib.
Ərkivan sakinləri deyir ki, bu, Seyran Şahverdiyevin çoxdankı əməllərindən biridir. Onun sözlərinə görə, sözügedən şəxs camaatın ödənişlərini şəxsi məqsədlərinə istifadə etdikən sonra dövlətə yaranmış borcu bağlamaq üçün bir çox abonentlər sıxışdırmağa başlamışdılar. Hətta bəzi kəndlərə astronomik həddə cərimə yazdıqlarını da vurğulayırlar. Onlar qeyd edirlər ki, qəsəbə sakinləri 250 min manatlıq borcu tamamilə bağladıqlarını və pullarını vaxtlı vaxtında ödədiklərini bildirirlər. Onlar vurğulayırlar ki, Masallı Qaz İdarəsinin müdiri ödədikləri pulları mənimsəyib, onların yerini doldurmaq üçün camaata yüklənməyə başlayıb.
Bu əsanada, o da məlum olub ki, Seyran Şahverdiyev Masallı Qaz İstismarı İdarəsinə rəis təyin olunandan sonra geniş imkanlara malik olub. Onun rayonda bahalı «Lexus» sürdüyü deyilir. Bakıda isə «Rance Rover» markalı avtomobilə sahib olsa da, qarajda saxlamağa üstünlük verir. Əsasən də Bakıya gəldiyində həmin maşını sürür. jam.az
Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR