Hüseynqulu Bağırovun “ekoloji çetesi”: YE NİLƏNİB!

16-06-2016, 18:01 804 dəfə baxılıb

 Hüseynqulu Bağırovun “ekoloji çetesi”: YE NİLƏNİB!













Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir qrupun şəxsi maraqlarının girovuna çevrilib

azinfo.tv 147 min 115 manat büdcə vəsaitini istifadə etməyərək geri, dövlət büdcəsinə qaytarması haqqında məlumat yayılmışdı. O zaman Hesablama Palatası kimi qurumlar bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qüsuru saysa da, nazirlik bu yanaşma ilə razılaşmamış və büdcə vəsaitinə qənaət etməklə başqalarından fərqləndiyini nümayiş etdirməyə çalışmışdı.

Həqiqətən də büdcə vəsaitlərinin dövlət strukturları tərəfindən faktiki talan edildiyi bir zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu addımı rəğbət doğurmaya bilməzdi. Ancaq nazirlikdəki mənbəmiz xeberinfo.com-a bildirir ki, bütün bunlar obrazlı desək, aysberqin yalnız görünən tərəfidir. Əslində isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində büdcə vəsaitlərinin müxtəlif layihələr adı ilə mənimsənilməsi prosesi əksər dövlət qurumlarından geri qalmır. Məlumata görə nazirlikdə büdcə vəsaitlərinin xərclənməsi məsələsində üç sima əsas rol oynayır ki, onlardan biri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Maliyyə və Təsərrüfat Şöbəsinin müdir əvəzi Füzuli İsmayılov, nazirliyin Ekoloji Təbliğat Şöbəsinin müdir əvəzi İsa Əliyev və yaradılışı və fəaliyyəti müəmma olan komissiyanın sədri Aftandil Səfərovdur. Bu üç şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyində büdcə vəsaitlərinin xərclənməsində, tenderlərdə qalib olacaq şirkətlərin müəyyən olunmasında əsas söz sahibləri kimi ad çıxarıblar. Sözsüz ki, nazirliyin aparat rəhbəri Rövşən Cəlilovun kurasiyası ilə...

Aftandil Səfərovun rəhbərlik etdiyi komissiya ilə bağlı nazirlikdə müxtəlif söz-söhbətlər dolanır. Dünyada və ölkəmizdə bu sayaq “nəzarət mexanizmləri”ndən imtina olunduğu halda, bu komissiya kimə və niyə lazımdır? Görünür Hüseynqulu Bağırova və hansı səbəblərdənsə lazımdır... (Bu komissiyanın “fəaliyyəti” ayrı bir yazının mövzusu olacaq.)

İsa Əliyev ekoloji təbliğat şöbəsinin müdir əvəzi təyin olunmazdan əvvəl nazirliyin Beynəlxalq Əməkdaşlıq Şöbəsinə rəhbərlik edib.

Yeri gəlmişkən ETSN-də “iyo” ənənəyə çevrilib. Məlumata görə kadrlarını müdir əvəzi saxlamaq da cənab Bağırovun idarəçiliyində əsas prinsiplərdəndir.

***
Xəzər dənizinin suyunun duzsuzlaşdırılaraq içməli və suvarma suyu kimi istifadə olunması layihəsi ilə də bağlı azinfo.tv-yə ziddiyyətli məlumatlar daxil olub. Qeyd edək ki, bu layihə çərçivəsində gün ərzində 2000 m3 dəniz suyunun duzsuzlaşdırılması nəzərdə tutulur ki, bu da sudan qıtlıq çəkən ərazilərin su ilə təmin olunmasına xidmət etməli idi. Ancaq belə görünür ki, bu sadəcə “yağlı” bir korrupsiya layihəsidir. Bu layihə çərçivəsində təxminən 865 min manat büdcə vəsaiti “Star-Təchizat” Məhdud Məsuliyyət Cəmiyyətinin (MMC) hesabına köçürülüb. Məqsəd isə dəniz suyunun duzsuzlaşdırılmasında istifadə olunan avadanlıqların, mal-materialların satın alınması olub...

Füzuli İsmayılov və İsa Əliyevin nazir Hüseynqulu Bağırovun xeyir-duası ilə 265 min manatdan artıq büdcə vəsaitini Göyçay rayon, İnçə kənd sakini Namiq Hüseynovun vasitəsilə “obnaliçka” etməsi haqqında da məlumat var. Belə ki, rəsmi təqdimata görə həmin 265 min manat guya ETSN-nin Bakı şəhəri, Biləcəri qəs, Natəvan küç-16 ünvanında yerləşən Mineral-Xammal Elmi-Tədqiqat İnstitutunun "Kislovodsk" fabrikində təmir, həyətyanı sahəsində abadlıq işlərinin aparılmasına xərclənib. Mənbəmiz iddia edir ki, reallıq isə tamam fərqlidir...

Göyçay rayon İnçə kənd sakini Namiq Hüseynovun cəmi 2 manat nizamnamə kapitalı olan “Dalğa Servis” Məhdud Məsuliyyətli Cəmiyyətinin belə böyük təmir-abadlıq işləri aparması üçün heç bir maddi-texniki bazasının, kadr potensialının olmadığı bildirilir.

Maraqlıdır ki, ölkənin dövlət və özəl idarə, cəmiyyət və müəssəsiləri ilə bağlı rəsmi məlumat daşıyan bütün açıq mənbələrində nə“Star-Təchizat” MMC, nə də “Dalğa Servis” MMC-i haqqında heç bir məlumat yoxdur. Eyni zamanda biznes strukturları ilə bağlı məlumat xarakterli veb-saytlarda da bu şirkətlər haqqında məlumata rast gəlmədik. Bu fakt da qeyd olunan layihələrin icrası ilə bağlı şübhələri artırır. azinfo.tv-yə danışan şəxsə görə bu əməliyyatlar haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyində çox az adam məlmatlıdır.

Aktuallığını nəzərə alıb, bu məlumatla bağlı geniş araşdırma aparmaq qərarındayıq. Gözlədiyimiz odur ki, bu araşdırma zamanı bir çox maliyyə fırıldaqları ifşa olunacaq.

Hal-hazırda ETSN-də yoxlama aparan Hesablama Palatasının da çox gizlinləri üzə çıxaracağı gözlənilir...

Yazı hazırlanarkən adları hallanan tərəfləri də dinləmək istədik. Sayta yerləşdirməzdən öncə, ötən ayın 25-də yazını adları hallanan şəxslərin elektron poçtuna da ünvanladıq. Cənab nazirə isə məktubla da müraciət etdik. Əvvəlcə bir neçə günə yazıdakı ittihamlara mövqe bildirəcəklərini desələr də, olmadı. Təəssüf ki, bu dəfə də yüksək çinli məmurlar tərəfindən məlum qanun və qaydaların pozulduğunun şahidi olmalı olduq.

***
P.S. Yazını sayta yerləşdirdikdən sonra, qarşı tərəf hər-hansı bir açıqlama verməyi “unudub”, mətbu cameədə tanınmış simalarla bizə xahişdə bulundu. Biz də hörmətli, mətbuatımızın ağsaqqalı saydığımız şəxsləri qırmadıq: yazını saytdan çıxardıq. ( Bilirik, bu yazılmış qanunlara uyğun olmaya da bilər. Amma, yazılmamış qanunlar deyilən bir nəsnə də var: hörmət etdiyimiz, nüfuzlu şəxsləri qırmaq olmur. Red.)

Sonradan məlum olur ki, cənab Hüseynqulu Bağırovun rəhbərlik etdiyi nazirlik baş redaktorumuzu məhkəməyə verib. Abşeron Rayon Məhkəməsində baxılan iddiada baş redaktorumuza qarşı 3 tələb var: təkzib, mənbənin açılması və nə az-nə çox 50000 manat təzminat(?)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR